Yuxarı

Avropa Komissiyası ABŞ-a sanksiya tətbiq etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 20-də Avropa Komissiyası Avropa İttifaqından polad və alüminium idxalına müvafiq olaraq 25 faiz və 10 faiz rüsum tətbiq edən ABŞ-ın fəaliyyətinə cavab tədbirləri planını qəbul edib.

Axar.az xəbər verir ki, Avropa Komissiyasının məlumatına əsasən, iyunun 22-dən Avropa İttifaqı ölkələrində ümumi həcmi 2,8 milyard avro olan ABŞ məhsullarına 25 faiz rüsum tətbiq olunacaq.

“Biz belə vəziyyətlə üzləşmək istəmirdik, lakin ABŞ-ın Avropa İttifaqından idxal olunan polad və alüminiuma rüsum tətbiqi barədə birtərəfli və əsassız qərarı bizə başqa çıxış yolu qoymadı, - deyə Avropa Komissiyasının ticarət məsələləri üzrə üzvü Sesiliya Malmström bildirib. – Bizim bərabər ölçülü, proporsional cavabımız Dünya Ticarət Təşkilatının qaydalarına uyğundur. Əgər ABŞ rüsumları aradan qaldırsa, bizim cavab tədbirlərimiz də ləğv olunacaq”.

Avropa İttifaqı ölkələrinin nümayəndələri yeni rüsumlara məruz qalacaq məhsulların siyahısını iyunun 14-də Brüsseldə keçirilən görüşdə razılaşdırıb. Belə məhsulların arasında “Harley Davidson” motosikletləri, “Levi Strauss” cinsləri və burbon şərabı da var. Ümumilikdə isə polad və alüminiumdan hazırlanan məhsullar, kənd təsərrüfatı məhsulları (qarğıdalı, düyü, quşüzümü), qida məhsulları (portağal şirəsi, yerfındığı yağı və tütün məmulatları), kosmetik vasitələr, geyim məhsulları, kater, yaxta və başqa məhsullar da bu siyahıya daxil edilib.

Xatırladaq ki, Avropa Komissiyası bir qədər əvvəl ABŞ-ın Avropa İttifaqından idxal olunan polad və alüminiuma tətbiq etdiyi rüsuma proporsional cavab verəcəyini bildirmişdi. Bundan başqa, komissiya ABŞ-ın fəaliyyətindən Dünya Ticarət Təşkilatına şikayət edib.

Tarix
2018.06.20 / 19:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla