Yuxarı

ABŞ “Human Rayts Votç”a da savaş açdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ BMT-nin İnsan Haqları Şurasında Vaşinqtonun təklif etdiyi reformları dəstəkləməyən İnsan Haqları Müdafiəçisi (Human Rights Watch, HRW) və digər beynəlxalq hüquq müdafiəsi təşkilatları ilə işləməkdən imtina edə bilər.

Axar.az xəbər verir ki, bu barədə artıq ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli HRV təşkilatına məktub göndərib.

“Siz bilməlisiniz ki, BMT-nin İnsan Haqları Şurasında danışıqlara yol verməmək və reformlara mane olmaq üçün göstərdiyiniz bütün cəhdlər Vaşinqtonun bu qurumdan çıxmasının əsas səbəblərindən biri oldu. Biz bir il əvvəl İnsan Haqları Şurasının əsas reform istiqamətlərindən bəhs etdik. Bu sırada şuranın tərkibinin yaxşılaşdırılması, antiisrail gündəmindən imtina edilməsi yer alırdı. Keçən ay ABŞ elə də böyük olmayan ölkələr arasında şuranın gücləndirilməsi layihəsini tədqiq etmələri üçün yaydı. İndiyə qədər biz heç bir ölkədən hər hansı düzəliş almamışıq. Yeganə yazılı cavab Rusiya və Çinin demarşı, eləcə də sizin (18 hüquq müdafiəsi təşkilatın – red.) şuraya üzv dövlətlərə bizim qətnaməyə qarşı çıxmaları ilə bağlı müraciətiniz oldu. Bununla siz Rusiya və Çinin yanında yer alıb, insan haqları məsələsində ABŞ-a qarşı çıxdınız. ABŞ bundan sonra da bütün insanların haqları uğrunda mübarizəyə liderlik etməyə və beynəlxalq ictimaiyyətin kütləvi cinayətlərə diqqətinin cəlb edilməsinə davam edəcək. Biz bu hədəfləri dağıtmağa çalışan yox, onları bölüşən qeyri-hökumət təşkilatları ilə işləməyə şad olacağıq”, – deyə məktubda bildirilib.

Qeyd edək ki, ABŞ-ın BMT İnsan Haqları Şurasından çıxması qərarından sonra açıqlama yayan HRV təşkilatı Trampı yalnız İsrailin müdafiəsinin narahat etdiyini bəyan edib. Sonradan daha bir bəyanat yayan təşkilat ABŞ-ın hələ də öz səhvlərindən dərs çıxarmadığını və bu işdə başqalarını günahlandırdığını vurğulayıb.

Tarix
2018.06.21 / 11:13
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla