Yuxarı

Kiyevdə ara qarışdı: Kliçkonu döymək istədilər – Videolar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kiyevdə ara qarışdı: Kliçkonu döymək istədilər – Videolar

Bir qədər öncə Kiyev şəhər Şurasının iclasında Radikal Partiyanın lideri Oleq Lyaşkoya yaxınlığı ilə seçilən "Azov" batalyonunun keçmiş üzvü İqor Mosiyçukla Ukrayna paytaxtının meri Vitali Kliçko arasında gərgin anlar yaşanıb.

Axar.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, keçmiş döyüşçü Kliçkonu nalayiq ifadələrlə təhqir edərək, onu döymək istəyib.

Qeyd edək ki, gərginliyə səbəb Kliçkonun Mosiyçukun iclasının gündəliyinin dəyişdirilməsi ilə bağlı təklifini qəbul etməməsidir. Kliçkonun aşağıdakı sözləri qarşı tərəfi özündən çıxarıb:

"Baxıram, kimlərsə iclasa hərbi formada gəlib, sanki ön cəbhədən təşrif buyurub".

Bu sözlərdən sonra oturduğu yerdən duran Mosiyçuk iriəliyə şığıyıb və şəhər merinin ünvanına nalayiq ifadələr işlədib. Yalnız yaxınlıqdakı deputatların sayəsində onun cəhdlərinin qarşısının alınması mümkün olub. İclasın işinə fasilə verilib.

Xatırladaq ki, Ukraynada bu cür hadisələr adi hal sayılır, ölkə parlamentində düşən əlbəyaxa davalar isə bu məkanı əsl döyüş meydanına çevirir.

​

Tarix
2014.09.04 / 21:50
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Ərdoğan Bakıdakı tədbirə onu göndərir

Fransa XİN başçısının Azərbaycanı hədəf alması...

Vyetnamın vitse-prezidenti Azərbaycana gəldi

İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi

Milli-mənəvi dəyərlər və tolerantlıq Azərbaycanın gücüdür

Lavrov sabah Bakıya səfər edəcək

Paşinyandan anklavlarla bağlı qəbuledilməz təklif

Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu...

Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün...

Azərbaycana qarşı hicab kampaniyası... - MHP-dən açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla