Yuxarı

İŞİD liderinə ağır zərbə: Əl-Suri öldürüldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD liderinə ağır zərbə: Əl-Suri öldürüldü

"İraq Şam İslam Dövləti" terror təşkilatının lideri Əbu Bəkir Əl-Bağdadiyə sadiq adamlardan biri Şimali İraqda təşkil edilən bir hava hücumunda öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə iraqlı səlahiyyətli nümayəndələrdən biri məlumat verib.

İraq Müdafiə Nazirliyindən əldə edilən məlumatlara görə, öldürülən şəxs Bağdadinin sağ əli hesab edilən Əbu Həcər Əl-Suridir. Öldürülən şəxsin əvvəl Əl-Bağdadi olduğu irəli sürülmüşdü, ancaq bu məlumat təsdiqini tapmayıb.

Mosul şəhərinə təşkil edilən hava əməliyyatında Əl-Suri ilə birlikdə ən azı 50 terrorçunun da öldürüldüyü qeyd edilib.

İŞİD-in Kərkükün qərbindəki Təl-Əlidə yerləşən bir kəndə hücum etdiyi ən azı 50 nəfəri qaçırdığı və naməlum istiqamətə apardığı bildirilib. Kənd sakinlərinin təşkilat bayrağını yandırmasından sonra İŞİD tərəfindən qisas almaq məqsədi ilə edildiyi bildirilir.

Tarix
2014.09.04 / 23:03
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla