Yuxarı

Gürcüstanda köklü dəyişiklik: 3 nazirlik ləğv edilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan hökumətində yeni struktur dəyişiklikləri ediləcək.

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə Gürcüstanın Ədliyyə naziri Teya Tsulukiani bildirib.

Nazir deyib ki, bu gün hökumətdə struktur dəyişiklikləri ilə bağlı məsləhətləşmələr başlayıb. Müzakirələr başa çatdıqdan sonra Baş nazir Mamuka Baxtadze yeni struktur dəyişiklikləri və ləğv olunacaq nazirliklər barədə siyahını təqribən 20 gündən sonra parlamentə təqdim edəcək. Yeni dəyişikliyə əsasən hazırkı 14 nazirlikdən 11-nin qalacağı bildirilir. Bundan sonra parlament yenidən hökumətə etimad göstərməlidir.

Məlumat üçün qeyd edək ki, iyunun 20-də parlament Mamuka Baxtadzeni Baş nazir postuna təsdiq edib. Eyni zamanda, parlamentdə hökumətin yeni strukturu və inkişaf proqramı təsdiq edilib.

Baş nazir Mamuka Baxtadze çıxışı zamanı hökumətin tərkibində dəyişikliklər olunacağını və bu dəyişikliklərin 6 nazirliyi əhatə edəcəyini bildirib.

Yeni hökumətdə artıq üç yeni nazir var. Ölkənin İqtisadiyyat və davamlı inkişaf naziri postuna Giorgi Çerkezişvili, Xarici İşlər naziri vəzifəsinə David Zalkalian, Maliyyə naziri vəzifəsinə isə Nikolaz Qaquai təyin olunublar.

Tarix
2018.06.22 / 08:15
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla