Yuxarı

Öldürülən İŞİD lideri haqda müdhiş iddialar - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Öldürülən İŞİD lideri haqda müdhiş iddialar - Foto

Əl Qaidə terror təşkilatının lideri Eymən əl-Zəvahirinin sağ əli olan, Suriyada İŞİD və Əl-Nusra qruplaşmaları arasında vasitəçilik edən Əbu Xalid Surinin öldürülməsi gündəmin baş xəbərinə çevrilib.

Axar.az Türkiyə mediasının yaydığı son məlumatlara istinadən xəbər verir ki, bu hadisədən dərhal sonra Türkiyə sərhədindəki Atma bölgəsində böyük partlayış olub. Hadisə nəticəsində 13 nəfər ölüb, 50-dən çox adam yaralanıb. Yaralılar Türkiyə xəstəxanalarına çatdırılıb. Ehtimal olunur ki, bu partlayışla İŞİD liderinin ölümü arasında bir uyğunluq var. Partlayışın Surinin qətlinə cavab olaraq törədildiyi söylənir.

Bu arada isə "İslam Cəbhəsi" qruplaşmasının sözçüsü Əhrəm əl-Hələbi mətbuata deyib ki, Hələbdəki Əhrar-əş Şam qərargahına üç nəfər gəlib. Onlardan ikisi özünü partladıb, digərini də diri tutmaq mümkün olmayıb, o da öldürülüb. O, bu əməliyyatın arxasında İŞİD-in dayandığını söyləyib.

Bu açıqlama yayılarkən Tvitter sosial şəbəkəsində "İslam Cəbhəsi" adı altında müxtəlif şərhlər də qeyd olunub. İlk şərhlərdə İŞİD lideri olan Surinin Əsəd qüvvələri tərəfindən öldürüldüyü iddia edilib. Daha sonra isə onun elə öz təşkilat üzvləri tərəfindən öldürüldüyü yazılıb.

İŞİD isə Surinin qətlində əlinin olmasını təkzib edib. Bununla belə, İŞİD-in bəzi qrupları Surinin bu təşkilat tərəfindən öldürülməsi iddiasında israrlı mövqe nümayiş etdiriblər.

Tarix
2014.09.05 / 00:09
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla