Yuxarı

Movsisyan da həbs edildi: Parlament qətliamı açılır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Milli Təhlükəsizlik Xidməti Respublika Partiyasının tərəfdarlarının yenidən həbsinə başlayıb.

Axar.az xəbər verir ki, Milli Təhlükəsizlik Xidməti bu dəfə də əməliyyatı Eçmiədzin şəhərində aparıb. Nəticədə “Şmays” ləqəbi ilə məşhur olan keçmiş deputat Arakel Movsisyan həbs edilib. O, Milli Təhlükəsizlik Xidmətinin təcridxanasına yerləşdirilib. Movsisyanın evində axtarış zaman silah-sursat aşkar edilib.

Arakel Movsisyan Manvel Qriqoryanın yaxın adamlarından biri olub. Movsisyanın parlamentdə deputat seçilməsinə məhz Qriqoryan şərait yaradıb. Qriqoryanın keçmiş döyüş yoldaşı olan Movsisyan sonralar Ermənistan hökumətinin əmriylə müxtəlif cinayətlərin təşkilində də iştirak edib.

Bəzi mənbələr isə onun Ermənistan parlamentində təşkil edilən teraktın dolayısı iştirakçısı olduğunu bildiriblər. Belə ki, Movsisyanın qardaşı Muşeq Movsisyan (sonra Muşeq Movsisyan müəmmalı yol qəzasında ölüb – red.) o zaman parlamentdə deputat olub. İddiaya görə, məhz o, terrorçuların parlamentə girişinə şərait yaradanlardan biri olub.

Arakel Movsisyan Serj Sərkisyana son xidmətini İrəvandakı etiraz aksiyaları zamanı göstərib. Onun adamları etirazçılar arasına daxil olaraq onları provokasiyaya çəkməyə cəhd edib və polislə etirazçıların toqquşmalarına şərait yaradıblar.

Tarix
2018.06.22 / 10:59
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla