Yuxarı

ABŞ kəşfiyyatından Paşinyana xəbərdarlıq: Çevriliş hazırlanır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın müdafiə nazirinin keçmiş müavini, general Manvel Qriqoryanın həbs edilməsinin əsl təfərrüatları məlum olmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, Manvel Qriqoryandan sonra keçmiş prezident Serj Sərkisyanın mühafizə xidmətinin rəisi Vaçaqan Qazaryan və Arakel Movsisyanın saxlanılması yeni ittihamların ortaya çıxmasına şərait yaradıb.

Serj Sərkisyana yaxınlığı ilə tanınan bu şəxslərin evlərindən tapılan külli miqdarda pul və silah-rusat Baş nazir Nikol Paşinyana qarşı hərbi çevrilişin hazırlandığı iddiasını təsdiq etməyə başlayıb.

Erməni mənbələr çevriliş hazırlığı ilə bağlı Nikol Paşinyanın ABŞ-dan kəşfiyyat məlumatı aldığını iddia edirlər.

Ermənistan Milli Təhlükəsizlik Xidməti ABŞ kəşfiyyatının nişan verdiyi şəxslərin barədə başladığı əməliyyatlar çərçivəsində qiyamçı qüvvələrin “kölgə kabineti”nə dair sənədlər də ələ keçirilib. Həmin sənədlərə əsasən, gizli gedən qiyam barədə İrəvan, Vandazor, Armavir, Gümrü və digər iri şəhərlərdə yerləşən hərbi hissələrin komandanlıqları da məlumatlandırılıb. Lakin bundan xəbər tutan Paşinyan təhlükəni rüşeymində zərərsizləşdirmək üçün hərəkətə keçib.

Mənbələr çevriliş hazırlığına kimin rəhbərlik etməsinə dair məlumat verməsələr də, Manvel Qriqoryanın burada əsas icraçı olduğuna şübhə etmirlər. Saxlanılan nüfuzlu şəxslərin Serj Sərkisyana bağlılığı isə diqqəti onun üzərinə yönəldib.

Tarix
2018.06.22 / 18:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla