Yuxarı

Tramp ABŞ “dərin dövləti”nin qurduqlarını dağıdır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ özünü artıq dünyada sülhün, əmin-amanlığın, demokratiya və insan hüquqlarının cavabdehi kimi göstərmək istəmir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli ABŞ-ın BMT İnsan Haqları Şurasından çıxması qərarına münasibət bildirərkən deyib. O bildirib ki, bu təşkilatları vaxtı ilə ABŞ qurub:

“Ona görə ABŞ-ın bu təşkilatlardan imtinası qeyri-mümkündür. Bu, sadəcə, növbəti Tramp şousudur. Tramp istəsə də, o təşkilatardan imtina edə bilməz. Çünki Tramp təkbaşına Amerikanı idarə etmir. Həmin təşkilatları Amerikanın dərin dövləti qurub. Bu cür təşkilatların vasitəsilə ABŞ bütün dünyaya təsir edir”.

Politoloq vurğulayıb ki, Tramp bu addımı ilə Amerikanın artıq heç nəyə cavabdeh olmadığı mesajını verir:

“Tramp üçün onsuz da demokratiya, insan hüquqları əsas deyil. Tramp demokrat deyil, biznesmendir. Amerika prezidentlərinin birinin dediyi kimi, zatən ABŞ-ın işi də həmişə biznes olub. Sadəcə, indi Tramp bunu verdiyi qərarlar, atdığı addımlarla açıq göstərir. Bu addımla yeni dünya düzəni qurmaq olmaz. Amma dünya XIX əsr düzəninə qayıdır. Keçmişdəki kimi artıq dünyada bir və iki qütb olmayacaq. Bir neçə qütb olacaq. ABŞ istəsə də, istəməsə də, dünya buna gedir”.

Tarix
2018.06.23 / 09:09
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla