Yuxarı

Makronun başı dərddə - Təhqiqat başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prokurorluq Fransa Prezidenti Emmanuel Makronun seçki kampaniyası ilə bağlı ilkin təhqiqata başlayıb.

Axar.az xəbər verir ki, "Frans-Press" radiostansiyasının yaydığı məlumata görə, təhqiqat sağ qüvvələrin şikayətindən sonra başlayıb və seçki kampaniyasının gedişində ictimai vəsaitin mümkün mənimsənilməsi faktı ilə bağlıdır.

Siyasətçilərin şikayətinə əsasən, Lion metropoliyasının nəzarəti altında olan və Fransanın Daxili İşlər Nazirliyinin indiki rəhbəri Jerar Kollonun o vaxt idarə etdiyi dövlət resursları gələcək prezidentin sərəncamına yönəldilib.

Bir qədər əvvəl "Frans İnfo" radiostansiyası dövlət başçısı postuna namizədliyi dövründə Makronun seçki kampaniyasının gedişində tədbirlər keçirmək üçün bəzi şirkətlərdən imtiyazlı maliyyə şəraiti əldə etdiyi barədə informasiya yaymışdı. Belə ki, Makronun komandası seçkiqabağı tədbirlər üçün 2 teatr zalına 3 min avro ödəmişdi, halbuki o zaman qiymət 13 min avro təşkil edirdi.

Məqalədə qeyd olunur ki, analoji hallar Fransa paytaxtında və onun xaricində daha bir neçə zalın, əsasən də Lion şəhərində gəminin icarəyə götürülməsi zamanı da baş verib.

Makronun seçki kampaniyasının xərcləri artıq jurnalistlərdə bəzi suallar yaradıb, lakin seçki kampaniyalarının hesablarını təftiş edən Fransanın dövlət komissiyası heç bir qanun pozuntusu aşkar etməyib.

Tarix
2018.06.25 / 21:00
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla