Yuxarı

Obamaya məktub: ”Siz maskalanmış qırğısınız”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Obamaya məktub: ”Siz maskalanmış qırğısınız”

Rusiyanın sabiq Baş naziri və bu ölkənin Hesablama Palatasının keçmiş rəhbəri Sergey Stepaşin Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Barak Obamaya göndərdiyi məktubda onu 2009-cu ildə aldığı Nobel mükafatından imtina etməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə "Newsru.com" saytı məlumat yayıb. Stepaşin deyib ki, əslində bu mükafata sülh yaradan şəxslər layiq görülməlidir:

"Bu mükafatın dəyərini gözdən salmamaq üçün qənaətimcə, siz ondan imtina etməlisiniz. Çünki Nobel mükafatına sülh yaradan şəxslər layiq görülməlidir. Siz isə maskalanmış əsl qırğısınız, hansı ki, soyuq müharibənin başlanmasına səy göstərirsiniz".

Göndərdiyi məktubda daha sonra Stepaşin ABŞ dövlət başçısını Yaxın Şərq, Liviya və Əfqanıstanda tökülən qanlarda təqsirli bilib. Xatırladaq ki, bir müddət öncə Rusiya Liberal Demokrat Partiyasının qalmaqallı sədri Vladimir Jirinovski də eyni təkliflə çıxış etmişdi.

Tarix
2014.09.06 / 10:17
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla