Yuxarı

Nikolas Börns: “NATO Putinə mükafat verməlidir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikolas Börns: “NATO Putinə mükafat verməlidir”

NATO ölkələri Uelsdə başa çatmış sammitdə kollektiv müdafiə tədbirlərini genişləndirmək haqqında razılığa gəliblər, ancaq Rusiyaya RƏM (Raket Əleyhinə Müdafiə) göndərmək niyyətində olmadıqlarını da təsdiqləyiblər.

Axar.az RİA Novostiyə istinadən xəbər verir ki, ABŞ-ın NATO-dakı keçmiş nümayəndəsi Nikolas Börns dünən Atlantik şurasının təşkil etdiyi "telefon konfransında" "NATO-nu dirçəltdiyinə görə" Rusiya prezidenti Vladimir Putinə mükafat verilməlidir, - deyə maraqlı fikir səsləndirib: "Putinin fəaliyyəti NATO-nu, xüsusilə də onun Avropadan olan üzvlərini hərəkətə gətirib".

NATO ölkələri Uelsdə başa çatmış sammitdə kollektiv müdafiə tədbirlərini genişləndirmək haqqında razılığa gəliblər. Bu qərarın səbəbi Pusiya tərəfindən hiss edilən təhlükədir. Ancaq qeyd edilib ki, RF-yə RƏM göndərmək niyyətində deyillər və Moskva ilə hətta dondurulmuş münasibətlər çərçivəsində olsa belə, siyasi dialoqu qoruyub saxlamaq istəyirlər. İkinci əlamətdar qərar belə bir müdafiənin baha başa gəlməsi səbəbindən üzv ölkələrin hərbi büdcəni artırmağın zəruriliyi haqqındakı bəyannamə olub. Üzv ölkələrin hərbi ehtiyaclara ayrılmış ÜDM-nin (Ümimi daxili məhsul) artırılması məsələsi həll edilməmiş qalıb – bu təşəbbüş sammit iştirakçıları tərəfindən anlayışla qarşılanmayıb.

RF-ə qarşı yeni sanksiyaların tətbiqi məsələsində iştirakçı üzv ölkələr arasındakı fikir ayrılığı, Börnsün fikrincə, göstərir ki, Putin müttəfiqlərinə qalib gəlib. "Bütün bunlar güclü, vahid və nüfuzlu alyansın olmamasından xəbər verir. Fikrimcə, Ukrayna məsələsi alyansın ovqatını hələ çox təlx edəcək", - deyə Börns bildirib.

Tarix
2014.09.06 / 10:49
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla