Yuxarı

İŞİD İsrailin qapısında - Şok iddialar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD İsrailin qapısında - Şok iddialar

İsrailin "Yerusəlim Post" qəzetinin analitiki sensasiyalı məqalə ilə çıxış edib.

Axar.az xəbər verir ki, jurnalist Yossi Melman rəsmi Tel-Əvivin İŞİD-i qanunsuz olaraq terror təşkilatı saymadığını yazıb. Ancaq müəllif ölkəsini müdafiə edərək qeyd edib ki, İsrail tərəfinin etiraza səbəb olan bu açıqlaması texniki xətadır.

İŞİD-in İsrail üçün təhdid və təhlükə olmadığının vurğulandığı məqalədə jurnalist rəsmilərə istinadla ölkənin Suriya ilə sərhədində İŞİD qüvvələrinin olmadığını da önə çəkib:

"İsrail sərhədində daha çox Əl-Qaidənin törəməsi olan Əl-Nusra, həmçinin, Azad Suriya Ordusundan uzaqlaşanlar, Müsəlman Qardaşları qruplaşmaları mövcuddur".

Əl-Nusra və Müsəlman Qardaşları qüvvələrinin İsrailə nifrət etdiyini xatırladan müəllif onların hələlik heç bir təhlükə olmadığını söyləyib.

Bununla belə, İsrailin sərhəd kəndlərində tək-tük İŞİD təbliğatçılarının görünməyə başlandığı da vurğulanıb. Hətta İŞİD qüvvələrinin Qəzza və Fələstin ərazisində olduğu da iddia olunub.

Məqalədə HƏMAS polisinin məscidlərdə aparılan təbliğatla bağlı ciddi tədbirlərə başladığı bildirilib.

Jurnalist Melman onu da yazıb ki, israilli olan onlarla ərəb Türkiyə yolu ilə Suriyaya döyüşməyə gedib və əsasən də Əl-Nusra cəbhəsində yer alıblar.

Tarix
2014.09.06 / 14:25
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla