Yuxarı

Obama həyatının ən böyük arzularından birini gerçəkləşdirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Obama həyatının ən böyük arzularından birini gerçəkləşdirdi

NATO-nun Uels sammiti başa çatdıqdan sonra Amerika prezidenti Barak Obama dünyadakı ən məşhur arxeoloji abidələrdən biri olan Stounhencə ekskursiyaya yollanıb.

Axar.az RİA Novosti-yə istinadən xəbər verir ki, abidənin rəhbəri Keyt Deyvis (Kate Davies) Amerika prezidentinə özü bələdçilik edib və Obamanın gəlişinin "çox əhəmiyyətli" olduğunu söyləyib:

"Mən hələ də insanları həyəcanlanmağa və heyrətlənməyə davam edən bu unikal memarlıq abidəsini ABŞ prezidentinə göstərmək imkanını böyük bir imtiyaz hesab edirəm".

Ekskursiya başa çatdıqdan sonra Obama qeyd edib ki, məşhur abidəni ziyarət etmək onun ömrü boyunca gerçəkləşdirmək istədiyi arzular siyahısında olub.

Qeyd edək ki, Stounhenc Londondan 130 km cənub-qərbdə yerləşən meqalit (iri daşlardan düzəldilmiş qədim tikintilər - qəbirlər) tikilidir. Abidə 1986-cı ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilib.

Tarix
2014.09.06 / 22:17
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

TRİPP-lə bağlı mühüm addım: Paşinyan elan etdi

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

Hanoyda Prezidentlə xanımının şərəfinə rəsmi nahar verildi

Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama

Pezeşkiandan həyəcan təbili: Hər kəs Təbrizə axışır

Azərbaycanda həyat səviyyəsi daim yaxşılaşır - To Lam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla