Yuxarı

İŞİD Bərzaniyə o tarixi şansı qazandırdı - Müdhiş təfərrüat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD Bərzaniyə o tarixi şansı qazandırdı - Müdhiş təfərrüat

İŞİD terror qruplaşmasının İraqa hücumu Bərzani hökumətinin tarixi arzularını reallaşdırmaq üzrədir.

Axar.az İraqın "Bashaber" qəzetinə istinadən xəbər verir ki, ölkənin Kürdüstan federal hökumətində müstəqillik referendumu aktı 90 gün sonra yenidən gündəmə gəlib.

İŞİD-in türkmanlar yaşayan şəhərlərə girməsi nəticəsində qətiyyətsizlik göstərən mərkəzi Bağdad hökuməti Kürdüstan iqtidarına tarixi şans qazandırıb.

Peşmərgənin Kərkük, Tusxurmatı, Şenqal, Xanəgin kimi türkmanlar yaşayan bölgələri İŞİD-dən qoruması bu torpaqların Kürdüstan ərazisinə referendum yolu ilə qatılması ideyasını aktuallaşdırıb.

Məlumata görə, Kürdüstan iqtidarının başçısı Məsud Bərzani Federal Kürdüstan Parlamenti tərəfindən çıxarılan Siyasi Partiyalar Büdcəsi Aktı ilə Seçki Komissiyası və referendum qanununu təsdiqləyib. Bərzaninin imzaladığı bu qanundan sonra 3 ay ərzində referendum və seçki komissiyası təşkil ediləcək.

Daha sonra parlament iclasında rəsmi qərar çıxarılacaq. Kürdüstan Parlamentinin mətbuat katibi Tariq Cövhər də bildirib ki, bu qanun rəsmi dövlət qəzetində nəşr olunduğu tarixdən qüvvəyə minəcək.

Qanuna görə, İŞİD hücumu ilə üzləşən və peşmərgənin qoruduğu adıçəkilən şəhərlərdə referendum keçiriləcək. Bu isə o deməkdir ki, xalq mərkəzi İraqla Kürdüstan muxtariyyəti arasında seçim etməli olacaq.

Bağdad hökumətinin keçmiş baş naziri Nuri Əl Malikiyə etimadsızlıq və istefasından sonra gözlənilir ki, türkmanlar yaşayan şəhərlərdə referendum, Bərzaninin tarixi arzularının gerçəkləşməsi ilə başa çatacaq.
Bərzani 10 ildir ki, Kərkük, Mosul və digər şəhərlərdə referendum keçirməyə nail ola bilmirdi. İŞİD-in İraqa girməsi bu fürsəti yaradıb. Siyasi təhlilçilər hesab edirlər ki, əslində İŞİD-in İraqa hücumunun arxasında məhz elə bu plan dayanırdı.

Tarix
2014.09.06 / 23:53
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

Bakı və Dehli münasibətləri istiləşir?

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla