Yuxarı

ABŞ-la Ukrayna hərbi təlimlərə başlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-la Ukrayna hərbi təlimlərə başlayır

ABŞ və Ukrayna sentyabrın 8-dən 10-a kimi Qara dənizdə təlimlər keçirəcək.

Təlimlərin gedişində iştirakçılar qaydaları pozan gəminin axtarılıb tapılması, nəzərdə tutulmuş əməliyyatların keçirilməsi, qəzaya uğramış gəmiyə yardım göstərilməsini nümayiş etdirəcəklər.

Axar.az Ukrayna Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, "Si Briz-2014" Ukrayna-Amerika təlimləri sentyabrın 8-dən 10-a kimi Qara dənizin şimal-qərb hissəsində keçiriləcək.

"Sentyabrın səkkizindən onuna kimi Qara dənizin şimal-qərb hissəsində "Si Briz-2014" Ukrayna-Amerika təlimləri keçiriləcək. Təlimin məqsədi böhranın hökm sürdüyü ərazidə gəmuçilik üçün təhlükəsiz zonanın yaradılması və təmin edilməsi üzrə beynəlxalq əməliyyatların keçirilməsidir".

Planlaşdırılır ki, təlimlərdə Ukrayna və ABŞ-dan başqa İspaniya, Kanada, Rumıniya və Türkiyə də iştirak edəcək. Cəmi 12 gəmi, eləcə də Ukrayna HDQ-nin dəniz aviasiyasına məxsus təyyarə və helikopterləri təlimə qatılacaq. Müşahidəçi qismində isə Gürcüstün, Norveç, İsveç və Fransa nümayəndələri olacaqlar.

Qeyd edilir ki, təlimlər Ukrayna və ABŞ müdafiə nazirliklərinin ikitərəfli əməkdaşllıq proqramına, Ukrayna Prezidenti Pyotr Poroşenkonun 25 mart 2014-cü il tarixli əmri ilə təsdiq olunmuş 2014-cü ilin planına müvafiq şəkildə keçiriləcək.

Xatırladaq ki, 1997-ci ildən 2013-cü ilədək "Si Briz" seriyasından 11 təlim keçirilib.

Tarix
2014.09.07 / 19:05
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla