Yuxarı

Forbes: Qərbin Ukraynaya kömək göstərəcəyi illüziyadır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Forbes: Qərbin Ukraynaya kömək göstərəcəyi illüziyadır

Bəzi ekspert və siyasətçilərin "Ukrayna Qərb üçün çox vacib dövlətdir" kimi fikirlərinə baxmayaraq, ukraynalılar avropalı və amerikalıların onların köməyinə tələsəcəyinə və bütün problemləri onların əvəzinə həll edəcəklərinə yalandan bel bağlamamalıdırlar.

Axar.az bildirir ki, bu fikirləri "Forbes"in siyasi icmalçısı Mark Adomanis səsləndirib.

"Qərbin sonrakı taleyi heç də birbaşa Ukraynadan asılı deyil. Avropa da, Ukrayna da əsrlər boyunca bir-birilərindən asılı olmayaraq inkişaf etmişlər" - deyən icmalçının fikrincə, ötən yarım ildə nəyinsə dəyişdiyini ehtimal etmək düzgün olmazdı.

Mark Adomanis öz məqaləsində Amerika tarixçisi, Yel universitetinin professoru Timoni Snayderin "Ukrayna Qərb üçün çox vacib bir dövlətdir" – fikrini şərh edərək yazır:

"Alimin dəlilləri təəccüb doğurur, çünki az qala üç yüz ilə yaxın bir müddətdə Kiyev nəinki Moskvanın təsiri altında olmuş, üstəlik siyasi və iqtisadi baxımdan ona tabe olmuşdur. Bütün bu müddət ərzində Ukrayna heç müstəqil dövlət də deyildi".

"Bəlkə də Qərb Ukraynaya iqtisadi və humanitar yardım göstərməlidir. Ancaq bu ölkədə böhranı aradan qaldırmağa cəhd edərkən ifrata varılmamalıdır. Ukraynalılar avropalı və amerikalıların onların köməyinə tələsəcəyinə və bütün problemləri onların əvəzinə həll edəcəklərinə yalandan bel bağlamamalıdırlar" – deyə icmalçı fikirlərinə yekun vurub.

Tarix
2014.09.07 / 19:34
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla