Yuxarı

Baş nazirdən çağırış: "Britaniyanı parçalamayın"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazirdən çağırış: "Britaniyanı parçalamayın"

Britaniya Baş naziri Devid Kameron şotlandları Böyük Britaniyanı parçalamamağa və Birləşmiş Krallıqdan ayrılmağın əleyhinə səsverməyə çağırıb.

Axar.az RİA Novosti-yə xəbər verir ki, Kameron bunu "Deyli Meyl" qəzetinə verdiyi açıqlamasında deyib.

"Bizim ittifaq çox vacibdir. Onu parçalamayın", - Kameron deyib.

Kemeron bildirib ki, Britaniya parlamentindəki partiya liderləri ilə Şotlandiyaya gedəcək və yerli əhalini müstəqilliyə səs verməməyə çağıracaq: "Bu məsuliyyətli vaxtda bizi eşitmələrini istəyirik. Biz seçicilərə onların qarşısında nə qədər vacib seçim dayandığını demək istəyirik. Bizim şotlandlara mesajımız sadə olacaq: "Biz istəyirik ki, siz qalasınız".

Qeyd edək ki, sentyabrın 18-də Şotlandiyanın müstəqilliyi ilə bağlı referendum keçiriləcək. Əgər şotlandların əksəriyyəti müstəqilliyə "hə" desələr, Şotlandiya 2016-cı ilin martın 24-də rəsmən Böyük Britaniyadan ayrılacaq.

Tarix
2014.09.10 / 10:27
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla