Yuxarı

Nemtsov: “Putin Rusiyanı səfil günə qoydu”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nemtsov: “Putin Rusiyanı səfil günə qoydu”

Rusiyalı politoloq, ölkəsinin əsas müxalif lideri Boris Nemtsov Putinin uğursuzluğuna dair faktlarla çıxış edib.

Axar.az xəbər verir ki, Nemtsov öz Feysbuk səhifəsində Vladimir Putinin siyasətindəki uğursuzluqları aşağıdakı kimi sıralayıb:

"Putin Ukraynanın neytral ölkə qalmasını istəyirdi. Nəticə - Ukrayna NATO-ya daxil olmaq istəyir.

Şimali Atlantika Alyansını zəiflətmək istəyirdi. Nəticə - NATO Qərb ölkələrinin hərbi büdcəsini artırır.

Ukraynanın Gömrük İttifaqına daxil olmağını istəyirdi. Nəticə - bu, heç vaxt baş verməyəcək. Ukrayna Avropa İttifaqı ilə assosiativ üzvlük barədə saziş imzaladı.

Dünyada öz təsir gücünü artırmaq istəyirdi. Nəticə - özü səfil oldu, ölkə isə sanksiyalar altındadır.

Ərzaq sanksiyaları ilə Qərbi cəzalandırmaq istəyirdi. Nəticə - Rusiya xalqını cəzalandırdı. Rusiyada ərzaq mallarının qiyməti qalxdı, Qərbdə isə düşdü.

Avrasiya İttifaqını genişləndirmək istəyirdi. Nəticədə, Avropa İttifaqı genişləndi".

Tarix
2014.09.10 / 16:22
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla