Yuxarı

ABŞ jurnalistini İŞİD-ə pulla satıblar – Şok iddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ jurnalistini İŞİD-ə pulla satıblar – Şok iddia

İraq Şam İslam Dövləti (İŞİD) yaraqlıları tərəfindən başı kəsilərək öldürülən amerikalı jurnalist Steven Sotlofun ailəsi tərəfindən ortaya maraqlı bir iddia atılıb.

Axar.azHaberturk.com-a istinadən xəbər verir ki, ailənin sözçüsü Barak Barfi televiziyaya verdiyi müsahibədə 31 yaşlı jurnalistin Suriyaya girdiyi məlumatını terror təşkilatına verən müxaliflərəİŞİD-in bunun qarşılığında 25-50 min dollar ödədiyinə dair xəbər aldıqlarını iddia edib.

Ailənin sözçüsübildirib ki, Sotlof ailəsinin naməlum qaynaqlardan əldə etdiyi məlumata görə, suriyalı müxalif qrupun üzvü Sotlof haqqında İŞİD-ə məlumat verib.

Ağ Evdən isə açıqlama verilərək bu haqda məlumata sahib olmadıqlarını deyiblər. Ağ Ev sözçüsü Coş Örnest gündəlik keçirilən brifinqdə iddia ilə bağlı suala belə cavab verib: "Mənə verilən məlumatlara əsaslanaraq bunun doğru olduğuna inanmıram, bu mənim əlimdəki məlumatla uyğun gəlmir".

Sözçü jurnalistin öldürülməsi ilə bağlı FTB-nin istintaqını davam etdirdiyini vurğulayaraq belə deyib: "Cənab Sotlofun İŞİD-in əlinə necə keçdiyi də daxil olmaqla bu hadisənin bütün detallarını araşdırırlar".

Xatırladaq ki, Stivendən öncə daha bir amerikalı jurnalist - Ceyms Foley terrorçular tətəfindən qətlə yetirilmişdi. Bu hadisədən sonra Bəşər Əsədin köməkçisi Buseyna Şaban da jurnalistin Azad Suriya ordusu tərəfindən tutulduğunu, daha sonra İŞİD-ə satıldığını iddia etmişdi.

Tarix
2014.09.10 / 21:41
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla