Yuxarı

Çində 400 min nəfər təxliyə edildi - Səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mariya” qasırğasının Şərqi Çin sahillərinə çatması səbəbindən Futszyan və Çjetszyan əyalətlərinin hökumət orqanları təhlükəli ərazilərdən 400 mindən çox insanı təxliyə edib. "Sinxua" agentliyinin yaydığı məlumata görə, tropik qasırğanın episentrinə düşən yerlərdə məktəblər bağlanılıb və müəssisələrin işi dayandırılıb. Balıqçı gəmilərinə limana qayıtmaq göstərişi verilib.

Axar.az xəbər verir ki, güclü külək və dalğa Syamen və Tszinmen (Tayvan adası) arasında dəniz nəqliyyatının işini dayandırıb. Qasırğa əyalətdə dəmir yolu və aviasiyaya da təsir göstərib. Xeyli sayda qatar və təyyarə reysi ləğv edilib.

Zərərçəkənlər və ya qurbanlar, habelə qasırğanın iqtisadi zərəri barədə məlumat verilməyib. Hazırda tropik qasırğa materikdə şimal-qərb istiqamətində irəliləyir və gücünü sürətlə itirir.

Tarix
2018.07.11 / 23:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla