Yuxarı

Əfsanəvi komandirin çevriliş qəhrəmanına vəfası

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ordusunun keçmiş xüsusi təyinatlı qüvvələr komandanı Zəkai Ağsaqqallının 15 iyul çevriliş gecəsinin qəhrəmanlarından hesab olunan şəhid Ömər Xalisdəmirin xatirəsinə göstərdiyi ehtiram Türkiyə mətbuatında gündəmə çevrilib.

Axar.az xəbər verir ki, çevriliş gecəsi və “Fərat qalxanı” əməliyyatı zamanı göstərdiyi igidliyə görə “Əfsanəvi komandir” adlandırılan Ağsaqqallının tez-tez şəhid Ömər Xalisdəmirin qəbrini ziyarət etməsi mətbuat orqanlarında “böyük vəfa nümunəsi” kimi təqdim edilib.

Məlumata görə, Zəkai Paşa Ömər Xalisdəmiri hələ çavuş olduğu vaxtlardan tanıyıb və onu ordu sıralarında yüksəlməsi üçün həvəsləndirib. Xüsusi Təyinatlı Qüvvələrin keçmiş komandanı hətta Xalisdəmirin imtahan cədvəlinə belə nəzarət edib. Çevriliş gecəsi də məhz Xalisdəmirə vətən xaini Semih Dərzini öldürməyi tapşıran general oğlu qədər sevdiyi əsgərinin xatirəsini unutmayıb.

Generalın yaxınlarının sözlərinə görə, Ağsaqqallı tez-tez şəhid Ömər Xalisdəmirin qəbrini ziyarətə gedir, məzarı başında “Fatihə” oxuyaraq ruhunu yad edir.

Xatırladaq ki, 15 iyul çevriliş gecəsi TSQ-nın Xüsusi Təyinatlı Qüvvələr Qərargahını ələ keçirmək üçün gələn vətən xaini general Semih Dərzini vuran Ömər Xalisdəmir bu hərəkəti ilə çevriliş gecəsinin qəhrəmanları sırasına adını yazdırıb.

Tarix
2018.07.12 / 15:28
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla