Yuxarı

Altı ay özünü səfir kimi qələmə verən fırıldaqçı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Altı ay özünü səfir kimi qələmə verən fırıldaqçı

Heyson Hair Puelo Livan səfirinin adına sənədləri və XİN yanında akkreditasiya əldə edərək uzun müddət Livan diplomatik missiyasının rəhbəri kimi tədbirlərdə iştirak edib və hətta intervü də verib.

Axar.az "El Nuevo Herald" portalına istinadən xəbər verir ki, kolumbiyalı altı ay özünü Livanın bu ölkədəki səfiri kimi qələmə verib.

Yalançı diplomatın ifşa edilməsi də maraqlı məqamlarla yadda qalıb. Onun ispan dilində qüsursuz və heç bir aksent çaları olmadan danışması yüksək rütbəli hərbçilərdən birinin təəccübünə səbəb olur. Daha sonra o, Livan səfirliyi ilə əlaqə saxlayır. Səfirlikdən isə bildirirlər ki, diplomatik missiyada belə adda adam yoxdur. Livan diplomatları fırıldaqçının tapılıb saxlanmasını xahiş ediblər.

Kolumbiyalını necə bir həbs cəzası gözlədiyi hələ ki məlum deyil.

Qeyd edək ki, ölkənin tarixində bu, ilk hal deyil. Ötən əsrin 60-cı illərində hansısa seminariya tələbəsi Neyva şəhərinin sakinlərini inandırmışdı ki, Hindistanın Kolumbiyadakı səfiridir. Bu əhvalatın motivləri əsasında hətta yerli əhali arasında geniş məşhurluq qazanan bədii film də çəkilib.

Tarix
2014.09.11 / 09:45
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla