Yuxarı

Yunanıstandakı türklər təhlükədədir – Həyəcan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yunanıstandakı türklər təhlükədədir – Həyəcan

Türkiyə Xarici İşlər Nazirliyi qondarma erməni soyqırımını inkar edənlərə cəzanı nəzərdə tutan qanunun Yunanıstan parlamenti tərəfindən qəbul edilməsinə reaksiya verib və bu ölkədə yaşayan türklərin taleyindən narahat olduğunu bildirib.

Axar.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu barədə qurumun sözçüsü Tanju Bilqiçə məlumat yayıb. Bilqiçə bildirib ki, Ankara qanunun qəbulunu yaxından izləyib və rəsmi Afinanın bu cür yanaşmasını söz azadlığının təməl prinsiplərinə zidd addım sayıb.

Məlumatda daha sonra deyilir ki, qanunu qəbul etməzdən öncə Yunanınıstanın məsələyə olduqca həssas yanaşması və sənədin hansı fəsadlar törədə biləcəyini ölçməsi lazım idi.

Bununla belə, vurğulanıb ki, sənədin qəbulu Türkiyənin xarici siyasətinə hər hansı təsir göstərməyəcək.

Lakin Bilqiçə Şərqi Frakiya və Yunanıstanın Rodos, həmçinin Kos kimi adalarında yaşayan türk icmalarının üzvlərinin taleyindən narahatlığını gizlətməyib. Onun sözlərinə görə, təzyiq vasitəsi kimi sözügedən qanundan türklərə qarşı hər an istifadə oluna bilər.

Tarix
2014.09.12 / 12:45
Müəllif
Telman Məmmədli
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla