Yuxarı

Ar-Namus Qırğızıstanın adını dəyişmək istəyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ar-Namus Qırğızıstanın adını dəyişmək istəyir

Qırğızıstanın keçmiş baş naziri Feliks Kulovun lideri olduğu "Ar-Namus" fraksiyası ölkəsinin adının dəyişdirilməsi də daxil olmaqla, bir neçə vacib məsələnin 2015-ci ildə referenduma çıxarılmasını təklif edib.

Axar.az-ın Radiotochka.kz saytına istinadən verdiyi xəbərə görə, o, ölkəsinin adındakı "stan" sonluğunun digər ölkələrin əhalisinin böyük bir kəsimində gerilik əlaməti kimi anlaşıldığını dilə gətirib.

Kulov deyib ki, partiyasının gənclər qanadı Qırğızıstanın hazırkı Konstitusiyasının tez bir zamanda dəyişdirilməsini istəsələr də, təşkilatın digər fəalları bu addımın indi atılmasını tələskənlik kimi qiymətləndiriblər.

Qeyd edək ki, partiya lideri Qırğızıstanın adının dəyişdirilməsi məsələsinə də toxunub:

"Önümüzdə iki variant var: Qırğız və ya Qırğızeli. Birinci variantda biz ölkəmizin qədim adına qayıtmış olardıq. Fikrimcə, ikinci variant daha uyğun seçimdir. Amma bütün hallarda hesab edirəm ki, biz ölkəmizin adındakı "stan" sonluğundan imtina etməliyik. Çünki bu, əksər ölkələrin əhalisində gerilik əlaməti kimi anlaşılır".

Xatırladaq ki, bir müddət öncə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də ölkəsinin adının "Qazaxeli" ilə dəyişdirilməsi təklifi ilə çıxış etmişdi.

Tarix
2014.09.12 / 14:34
Müəllif
Telman Məmmədli
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla