Yuxarı

Atatürkün sirli siyahısı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Atatürkün sirli siyahısı

Heç Atatürk xarakterində bu spesifik cəhətləri bilirsinizmi?

Axar.az Türkiyə dövlətinin banisi, böyük öndəri Mustafa Kamal Atatürkün sirli xüsusiyyəti barəsində yazır:

"Ata" sözünə qadağa

O, "Ata" sözünü sevməzdi. "Atatürk" sözünü ilk dəfə Türk Dil Təşkilatı Başçısı çıxışı zamanı işlədir. Mustafa Kamal da bunu çox bəyəndiyi üçün soyad götürür. Lakin sağlığında "Ata" deyə ona müraciət olunmasına icazə verməyib.

Quru paxla və plov

Mustafa Kamal Manastır Hərbi Liseyində oxuduğu illərdə quru paxla və plov yeməyə vərdiş edir. Həyatı boyunca da bu onun ən sevimli yeməyi olur. Şirniyyatı isə heç sevməzdi. Yediyi və sevdiyi yeganə şirniyyat qızılgül mürəbbəsi olub.

Xatirələrində qeyd edir ki, ən böyük arzusu dünyanı səyahət etməkdir. Təbii ki, bunun da bir səbəbi var. O, dünya səyahətində türk dili və tarixi ilə bağlı araşdırmalar aparmaq istəyirdi.

"Çalıquşu" sevdası

Atatürkün minlərlə kitabı var. Amma bunların arasında birini həyatı boyunca, hətta cəbhədə belə yanından ayırmazdı. Söhbət Rəşad Nuri Güntəkinin məşhur "Çalıquşu" romanından gedir. Bu əsəri həmişə yanında daşıyar, hər gün təsadüfən açdığı bir səhifəsindən açıb oxuyarmış.

Çankayadakı at balası

Atatürkün atlardan sonra ən sevdiyi heyvan itlər idi. Foks adını verdiyi iti həmişə yatağının ayaq tərəfində yatardı. Heyvanları o qədər çox sevirdi ki, hətta bir gün məşhur Çankaya köşkündəki qonaq salonuna yeni doğulmuş at balasını da gətirmişdi ki, qonaqları görsün.

Bəyaz köynəkli adam

Ən sevdiyi rəqs val olub. Musiqi zövqü isə olduqca müxtəlif idi. Klassik Qərb musiqisi ilə yanaşı, Anadolu melodiyalarını çox sevərək dinləyərdi.

Atatürkün köynəklərinin hamısı bəyaz idi. Bu köynəklər ilk illərdə İsveçrədə xüsusi olaraq tikdirirdi. Lakin sonradan yerli malın istehsalı və dünyaya yayılıb liderlik etməsi üçün Bəyoğlunda bir dərziyə tikdirməyə başlayır.

Komanda paltarlarının dizaynlarını həmişə özü seçərdi. Göy rəngi sevməzdi. Diqqətli və təmiz bir türkcə danışardı. Ancaq bəzi sözləri rumeli şivəsi ilə tələffüz edərdi.

Tarix
2014.09.14 / 15:13
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk

İsveçrə prezidenti Azərbaycan liderini təbrik etdi

İran və Azərbaycan daim bir-birinin yanındadır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla