Yuxarı

Təyyarədə xuliqanlıq edən azərbaycanlı həbs olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təyyarədə xuliqanlıq edən azərbaycanlı həbs olundu

Həştərxan şəhər Sovetski rayon məhkəməsi Moskvadan Qəbələyə uçan "A-320" sərnişin təyyarəsində xuliqanlıq edən şəxs barədə 10 sutka həbs qərarı çıxarıb.

Axar.az-ın yerli telekanala istinadən verdiyi məlumata görə, 1963-cü il təvəllüdlü, milliyətcə azərbaycanlı olan bu şəxs bundan sonra Ural Hava Yollarından istifadə edə bilməyəcək. O, arzulanmaz şəxs elan edilib.

Xatırladaq ki, Moskvadan Qəbələyə uçan "A-320" sərnişin təyyarəsi Həştərxan aeroportuna enməli olub. Buna səbəb sərnişinlərdən birinin "qeyri-adekvat davranışı"dır.

Məlumata görə, içkili vəziyyətdə olan kişi sərnişin stüardessaların işinə maneçilik törədib, onlara qarşı kobudluq edib, uçuş zamanı gözlənilməli olan davranış qaydalarına riayət etmək tələblərini rədd edib.

Həştərxan aeroportundakı məcburi enişdən sonra polis əməkdaşları onu təyyarədən düşürüb. O, polis tərəfindən saxlanıb.

Tarix
2014.09.14 / 20:13
Müəllif
Ceyhun Səmədov
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla