Yuxarı

Yol polisi Klintonu cəzalandırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisi Klintonu cəzalandırdı

ABŞ-ın Dövlət katibi olmaq İngiltərədə imtiyaz vermir

2016-cı ildə prezident seçkilərində Demokrat Partiyasından namizəd olacağı gözlənilən Hilari Klintonun Londonun mərkəzində park edilmiş avtomobili yol polisi tərəfindən cərimələnib.

Klintonun avomobili üçün 45 dəqiqə boyunca park ödənişi ödənmədiyinə görə yol polisi avtomobili cərimələmək üçün hərəkətə keçib. Polislər avtomobilin üzərinə cərimə kağızını yapışdırmaq istəyiblər. Ancaq Klintonun beş mühafizəçisi polisin qarşısını kəsərək buna mane olmağa çalışıb. Avtomobilin sahibinin kim olduğuna qulaq asmayan polislər bütün etirazlara baxmayaraq, cəriməni yazıblar. İngiltərədə cəzanın etibarlı olması üçün kağız avtomobilin üzərinə qoyulmalıdır. Qreq Brenanın çəkdiyi şəkildə polis işçisinin mühafizəçilərin varlığına baxmayaraq, sakit şəkildə cərimə kağızını aparıb avtomobilin üzərinə yapışdırmağı bacardığı görünür. Polis işçisi "qanunların üstünlüyünü sübut etdiyi" üçün ingilislərin rəğbətini qazanıb. Avtomobili 80 sterlinq (100 AZN) cərimə edilən Klinton həmin ərəfədə Çatham Hausdan mükafat alırdı. Avtomobilin cərimə edildiyi "Müqəddəs Ceyms Meydanı"nda avtomobil park etmək üçün ödənilməli olan yer pulu 3.30 sterlinqdir (4.13 AZN).

Tarix
2013.10.17 / 15:36
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla