Yuxarı

Suriyada yeni qətliam: 91 ölü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyada yeni qətliam: 91 ölü

Suriya İnsan Haqları Təşkilatı (SNHR) tərəfindən edilən açıqlamada Bəşər Əsədə aid hərbi qüvvələrin müxaliflərin sıx olduğu bölgələrdə top, raket və döyüş təyyarələri ilə keçirdiyi əməliyyatlar nəticəsində paytaxt Şamın ətraflarında 41, Xumsda 11, Hələbdə 10, İdlibdə 9, Deyruz Zorda 5, Həmada 3, Quneytrada 2, Raqq və Xaseke şəhərlərində 1 nəfər olmaqla 91 adamın öldüyü bildirilib. Ölənlərdən 10-u uşaq, 5-i qadındır.

Suriya İnqilab Şurasından (SRGC) verilən açıqlamada isə paytaxt Şamın Yərmuq, Duma, Dəreyya, Qabun və Müdammiyə şəhərlərinin ətrafının və Nəbəkə diyarının hökumət qüvvələrinin ağır hücumlarına məruz qaldığı deyilib.

Hələbdə 80-ci briqada ətrafında Azad Suriya Ordusu (ÖSO) ilə hökumət qüvvələrinin şiddətli qarşıdurmalarının yaşandığı qeyd edilən açıqlamada, müxaliflərin şəhərdəki Neyrab Hərbi Aerodromunda yerli istehsal olan raketlərlə etdiyi hücumda rejimə böyük ziyan vurduğu qeyd edilib.

Tarix
2013.11.30 / 10:27
Müəllif
Nilüfər Muğantürk
Digər xəbərlər

Dublində Əliyevlə Paşinyanın görüşü keçirilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla