Yuxarı

"Nyu-York Tayms": “İŞİD-çilər üçün hər şey pulsuzdur”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Nyu-York Tayms": “İŞİD-çilər üçün hər şey pulsuzdur”

"Nyu York Tayms" qəzeti Ankaranın Hacıbayram məhəlləsindən 10 dostu ilə birlikdə İŞİD-ə qoşulan Can adlı bir şəxs haqqında yazıb.

Axar.az "Nyu York Tayms"a istinadən xəbər verir ki, Ceylan Yeğinsu imzalı jurnalistin yazdığı yazıda Canın Raqqada təhsil aldığı, bir edamı yerinə yetirəndən, bir adamı diri-diri basdırandan sonra təşkilata tam olaraq qəbul edildiyi bildirilib.

Xəbərdə Türkiyədən İŞİD-ə qatılanların sayının min nəfər olduğu yazılıb. Ömrü boyu narkotik istifadəçisi olan Can daha sonra peşman olaraq iki dostu ilə birlikdə geri qayıdıb. Hacıbayramdan İŞİD-ə qatılmaq istəyən başqa adamların da olduğu qeyd edilən yazıda məhəllə idarəçisi Arif Ağbaş danışıb:

"Hər şey uzun saqqallı bir kişinin məhəllədə peyda olması ilə başladı. Narkomanlar ondan sonra məscidə getməyə başladı".

Döyüşən üçün hər şey pulsuzdu

Keçmiş İŞİD-çi Can belə deyib: "Vuruşduğumuz günlər 150 dollar alırıq. İŞİD-çilər üçün hər şey pulsuzdu. Dükan sahibləri də bizdən qorxduğu üçün pul almır".

Hacıbayramdan İŞİD-ə qoşulan ilk adamlardan biri olan Oğuzxan G. Artıq Raqqada komandir vəzifəsinə yüksəlib. İŞİD-də Məhəmməd Salif adından istifadə edən Oğuzxanın tez-tez Ankaraya gedib yeni üzvlərlə qayıtdığı iddia olunub.

Tarix
2014.09.17 / 23:09
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla