Yuxarı

Bu adamlar dünya sərvətinin 4 faizinə sahibdir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu adamlar dünya sərvətinin 4 faizinə sahibdir

Bir çox ölkələrin iqtisadiyyatının ağır durumda olmasına baxmayaraq, dünyada milyarderlərin sayı rekord həddə qalxaraq 2325 nəfərə çatıb.

Axar.az RİA Novosti-yə istinadla xəbər verir ki, "Wealth-X" şirkəti və UBS bankının apardığı araşdırmaların əldə etdiyi məlumatlara görə, yalnız son bir ildə var-dövləti bir milyard və daha çox olanların sayı 155 nəfər artıb.

2014-cü ilin iyuluna olan məlumata əsasən, bütün milyarderlərin varidatının məcmusu 7,3 trilyon dollar təşkil edib. Deməli, bu insanlar bütün dünya sərvətinin 4%-nə sahibdirlər. Araşdırmalar göstərib ki, yeni varlanmış milyarderlərin çox böyük əksəriyyəti Asiya regionuna aiddir. Təkcə son ildə bu rayonda 52 nəfər çox böyük sərvətə sahib olub, onlardan da 33-ü Çin vətəndaşıdır.

Bundan başqa, mütəxəssislər dünyanın ən varlı adamlarının hansı ölkələrdə yaşaması məsələsinə də aydınlıq gətiriblər. İlk yeri ABŞ tutur - 510 nəfər, ikinci yerdə Çin (190), üçüncü - Böyük Britaniya (130), dördüncü yerdə isə Almaniya (123) gəlir.

Avropada ümumi dövlətləri 2,3 trilyon olan cəmi 755 milyarder yaşayır.

Araşdırma müəllifləri Yer kürəsinin ən varlı insanlarına daha çox rast gəlinən şəhərlərin siyahısını da tərtib ediblər. Məsələn, 103 nəfər Londona üstünlük verib, 85-i Moskvanı seçib, 82 nəfər Honkonqda, 37 nəfər Pekində yaşamağı tərci edib.

Sənəddə qeyd edilir ki, dünyanın ən varlı insanlarının 80%-i öz milyardlarını özü qazanıb, yəni valideynlərindən qalan mirasa sahiblənməyiblər.

Tarix
2014.09.18 / 08:00
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla