Yuxarı

Kreml “VKontakte”nin rəhbərliyinə öz adamını gətirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kreml “VKontakte”nin rəhbərliyinə öz adamını gətirdi

Bir müddətdir "VKontakte" baş dirkektorunun səlahiyyətlərini icra edən Boris Dobrodeyev sözügedən sosial şəbəkənin rəhbərliyinə təyinat alıb.

Axar.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilib.

Qeyd edək ki, "VKontakte"nin faktiki qurucusu Pavel Durovun bu ilin aprel ayının 21-də baş direktor postunu tərk etməsindən sonra rəhbərlik vakant olaraq qalırdı. Həmin vaxtdan bu səlahiyyətləri Dobrodeyev icra edirdi.

Verilən məlumata görə, səhmdarların şirkətin rəhbərliyinin müəyyənləşdirilməsi ilə bağlı cəhdləri hər dəfə nəticəsiz qalırdı və onlar bu gün yekdil qərarla Dobrodeyevin namizədliyi üzərində dayanmalı olublar.

Xatırladaq ki, hazırda ABŞ-da yaşayan keçmiş baş direktor Pavel Durovun öz postunu tərk etməsi müəyyən suallar doğurdu. Ekspertlər onun Ukrayna hadisələrinin qaynar vaxtında belə bir addım atmasını təəccüblə qarşıladılar. Lakin sonra belə bir xəbər yayılmağa başladı ki, əslində ona Rusiyanın təhlükəsilik orqanları müəyyən təzyiq göstərib. Səbəb isə həmin dövrdə Maydan fəallarının yazışmlarını izləmək olub. Uzun illər müstəqilliyi ilə seçilən sosial şəbəkə rəhbəri bu basqılara dözməyərək öz postunu tərk etmək məcburiyyətində qalıb.

Yeni təyinat da diqqət çəkib. Belə ki, Boris Dobrodeyev Rusiyanın ən nəhəng medi holdinqi olan və VQTRK (Ümumrusıya Dövlət Teleradıo Şirkətinin) kimi tanınan nüfuzlu şirkətin baş direktoru Oleq Dobrodeyin oğludur. Nəzərə alsaq ki, Dobrodey Kremlin bir nömrəli televiziyonçusu sayılır, bu zaman "VKontakte"nin etibarlı əllərdə olduğunu təxmin etmək elə də çətin deyil.

Tarix
2014.09.18 / 16:08
Müəllif
Telman Məmmədli
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla