Yuxarı

Köçəryanın yaratdığı sistem çökməsə, Paşinyan... - Amatuni

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Köhnə sistemin hansısa reproduktiv funksiyasının saxlanılması təkcə Nikol Paşinyana yox, bütün cəmiyyətə təhdid yaradacaq.

Axar.az xəbər verir ki, bu sözlər erməni jurnalist Aram Amatuninin “1in.am” saytında dərc edilən məqaləsində yer alıb. Onun sözlərinə görə, hazırda Ermənistanda bütün diqqətlər sistem dəyişikliyi əvəzinə, daha çox Köçəryanın həbsinə yönəldilir:

“Təcili problem formal hakimiyyət dəyişikliyinə rəğmən hələ də qalan, amma gedişi Ermənistan ictimaiyyəti və dövlətçiliyi üçün strateji hədəf olan sistemin Köçəryanın simasında hansısa əhəmiyyət və rol qazana biləcəyidir. Bu sistem Köçəryanın və ya başqa hansısa şəxsin simasında hansısa rol oynaya biləcək, ya da heç bir siması olmadan səssizcə hansısa köşəyə çəkiləcək. İstənilən halda ictimaiyyətin belə bir strateji hədəfi var. Hədəf bu sistemi geri dönüşü olmadan, dəyişməz şəkildə ləğv etməkdir. Bu hədəf Köçəryan və ya başqa şəxslərdən asılı olmadan mövcuddur. Beləliklə, ictimaiyyət bu problemini həll etməlidir.

Üstəlik, bu halda ölkənin ikinci prezidentinin varlığı bu hədəfi daha ifadəli şəkildə vurğulamağa şərait yaradır. Bu da cəmiyyət üçün imkanlar yaradır ki, bunu daha aydın görüb, daha səmərəli şəkildə reaksiya verə bilsin. Buna reaksiyanı təkcə Nikol Paşinyan yox, məhz ictimaiyyət, onun aktiv və məsuliyyətli qrupları verməlidir. Ona görə ki, köhnə sistemin hansısa reproduktiv funksiyasının saxlanılması təkcə Nikol Paşinyana yox, bütün cəmiyyətə təhdid yaradacaq”.

Tarix
2018.08.08 / 14:23
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla