Yuxarı

Saakaşvilidən Nikol proqnozu: Putin onu devirəcək - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:36

Rusiya Ermənistan Baş naziri Nikol Paşinyana qarşı payızda böyük etirazlar təşkil edəcək.

Axar.az xəbər verir ki, bunu “Novaya qazeta” qəzetinə müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib:

“Qafqaz sürətlə dəyişir. Ermənistana baxın. Tam nəzarət yoxdur. Təkcə hərbi nəzarət və Rusiya təbliğatı xalqın iradəsini dayandırmaq gücündə deyil. Putin Ermənistanı rahat buraxan deyil. Məncə, payızda Paşinyana qarşı etiraz dalğası qaldırılacaq. Paşinyan hər vasitə ilə çalışır ki, Putini razı salsın. Putini isə heç cür razı salmaq mümkün deyil. Putin görmədi ki, ayağa qalxan qərbyönlü, ingilisdilli gənclərdir? Üstəlik, hazırda Ermənistanda rus ordusu ilə bağlı böyük qıcıqlanmalar da mövcuddur. Bu ordu Ermənistanda özünü işğalçı kimi aparır və bu da insanları qıcıqlandırır”.

Saakaşvilinin sözlərinə görə, Paşinyan həmçinin KTMT rəhbəri Xaçaturov, “Qazprom”un Ermənistandakı rəhbəri Köçəryana qarşı gedir:

“Bunlar Rusiyanın Ermənistandakı dayaqlarıdır. Mən Paşinyanın Moskvada nə dediyini bilmirəm, amma Putin belə şeyləri həzm etmir. İndi istənilən halda Paşinyanı devirməyə çalışacaqlar. Bu məndə heç bir şübhə yaratmır. Paşinyanın böyük problemləri başlayacaq, aksiyalar start götürəcək. Moskvadakı oliqarxlar Paşinyana qarşı böyük pullar verəcəklər ki, Ermənistanın daxilində mütəşəkkil cinayətkarlığı gücləndirsinlər. Onun çox az vaxtı qalıb və məncə, o, əlində rıçaqları olduğu zaman ətrafına yeni adamları boşuna toplamayıb. Problem odur ki, Paşinyan hüquq-mühafizə sistemini dağıtmadan Köçəryanı həbs etmək istəyir. Lakin köhnə hüquq-mühafizə sistemi onun qərarlarını sabotaj etməyə çalışacaq. Paşinyan hər şeyi doğru edir, amma sistemi dəyişmir. Bu köhnə sistem zamanı gələndə onun əmrlərini icra etməkdən imtina edib, özünə qarşı işləyəcək”, – deyə o bildirib.

Tarix
2018.08.09 / 17:12
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla