Yuxarı

Medvedyevdən ABŞ-a təhdid: Bu, savaş elanı olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər Rusiyanın dövlət banklarının fəaliyyəti qadağan edilsə və ya hansısa valyutadan istifadəsinə qadağa qoyulsa, Rusiya bunu özünə qarşı iqtisadi müharibə elanı hesab edəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Baş naziri Dmitri Medvedyev deyib.

“ABŞ iqtisadi sanksiyalarını gücləndirsə, Rusiya buna həm iqtisadi, həm siyasi, həm də başqa metodlarla cavab verəcək. Əgər Rusiyanın dövlət banklarının fəaliyyəti qadağan edilsə və ya hansısa valyutadan istifadəsinə qadağa qoyulsa, Rusiya bunu özünə qarşı iqtisadi müharibə elanı hesab edəcək. Bizim amerikalı dostlarımız bunu anlamalıdırlar. Rusiya heç bir sanksiyadan qorxmur. Biz son 100 il ərzində daimi sanksiya təzyiqi şəraitində yaşamışıq”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Skripal insidentinə görə Rusiyaya qarşı sanksiyaların ikinci mərhələsinə hazırlaşdığını bəyan edib. Bu sanksiyalara əsasən Rusiya ilə diplomatik əlaqələrin səviyyəsi aşağı salınacaq, “Aeroflot”un və Rusiya hökumətinin nəzarətindəki digər aviaşirkətlərin ABŞ-a uçuşları dayandırılacaq, qida məhsulları istisna olmaqla, ABŞ-dan Rusiyaya ixracat tam dayandırılacaq və bu ölkədən ABŞ-a idxal (o cümlədən neft və neft məhsulları) qadağan ediləcək, Rusiyaya beynəlxalq maliyyə qurumlarından yardım və kreditlərin ayrılması əngəllənəcək.

Tarix
2018.08.10 / 09:43
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla