Yuxarı

Misirlilər ABŞ-da da ayağa qalxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misirlilər ABŞ-da da ayağa qalxdı

Nyu Yorkda Misirdəki ''Səhər 7 Hərəkatı'' üzvü olan qızlara verilən ağır həbs cəzalarına etiraz etmək məqsədilə nümayiş keçirilib.

"Axar.az" xəbər verir ki, ölkədə qanuni yolla seçilmiş prezident Məhəmməd Mursini vəzifəsindən uzaqlaşdıran general Sisi və onun tabeçiliyndə olan rəhbərliyə qarşı etiraz edilib. Etirazçılar gənc qızların barmaqlıqlar arxasında çəkilmiş fotoşəkillərini nümayiş etdiriblər. Məhbus qızların sərbəst buraxılmaları üçün çağırış edən qrup hazırkı hökumət əleyhinə şüarlar səsləndirib. Çox sayda qadın nümayişçinin iştirak etdiyi aksiyada baş nazir Rəcəb Tayyib Ərdoğanın da şəkilləri aksiyaçıların əlində olub. Aksiya təxminən 3 saat davam edib.

Qeyd edək ki, Misirdə 31 oktyabrda polis tərəfindən saxlanılan qız şagirdlərdən 14-ü məhkəmə zamanı barələrində terror törətməyə cəhd, icazəsiz mitinqlərdə iştirak etmək, qeyri-qanuni təşkilatlara üzv olmaq maddələri ilə ittiham edilərək 11 il həbs cəzasına məhkum ediliblər.

Tarix
2013.11.30 / 14:48
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla