İnsultdan qaçmağın ən asan və sadə yolu
02:00
Ana səhifə Planet |
ABŞ-la bağlı problemləri beynimə salmıram.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizə şəhərində xalq qarşısında çıxışı zamanı deyib. O, Türkiyənin ABŞ-ın sanksiyalarından narahatlıq duymadığını bildirib:
“Yeni bir Türkiyə qururuq. Bu, bizə nəsib oldu. Tarix 24 iyunu belə yazacaq. ABŞ NATO müttəfiqi, strateji tərəfdaşı olan 81 milyonluq Türkiyəyə arxa çevirirsə və Türkiyəni bir rahibə dəyişirsə, inciməsin. Biz bu yolda əmin addımlarla yeriyirik. Türkiyəyə hədə bir işə yaramaz. Biz hüquq dövlətiyik və əsla hüquqdan kənara çıxmayacağıq.
Bütün sənaye sahələrində istehsalçı bir Türkiyə var. Daha çox istehsal edəcəyik, daha çox qazanacağıq, heç narahat olmayın”.
Tarix
2018.08.11 / 19:01
|
Müəllif
Büllurə Yunus
|