Yuxarı

Trampdan daha bir ölkəyə qarşı sərt addım: Ləğv edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Pakistanla olan 97 hərbi təhsil proqramını ləğv edib.

Axar.az xəbər verir ki, buna səbəb ABŞ Prezidenti Donald Trampın bu ilin yanvar ayında Pakistana təhlükəsizlik sahəsində göstərilən yardımların dayandırılması barədə qərar verməsidir.

ABŞ Dövlət Departamentindən Pakistanın regional təhlükəsizlik və terrorla mübarizə məsələlərində gözləntiləri doğrultmadığı üçün belə qərar verdiyi bildirilib:

“Bu günə qədər Pakistanın iştirak etdiyi 3,29 milyon dollar dəyərindəki 97 hərbi təlim proqramı ləğv edilib. Buraya 66 beynəlxalq hərbi təhsil, 25 terrorla mübarizə və 6 regional mərkəz təlim proqramı daxildir. Amma ABŞ maraqları naminə Pakistana mülki yardımlar göstərməyə davam edəcək”.

Qeyd edək ki, Tramp bu ilin yanvar ayında İslamabad rəhbərliyini terrorçulara dəstək verməkdə ittiham edib və bu il ərzində Pakistana veriləcək 255 milyon dollar həcmindəki hərbi yardımı ləğv edib.

Tarix
2018.08.12 / 00:08
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla