Yuxarı

Kürd liderlər bir-birinə dəydi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kürd liderlər bir-birinə dəydi

İraqın kürd regional rəhbərliyinin başçısı Məsud Bərzani İraqın Baş naziri Nuri Əl-Malikiyə "təzyiq göstərməyə davam etsən, "Kürdistan"ı elan edərəm", - deyib.

Daha öncə də xəbər verdiyimiz kimi, Türkiyənin Baş naziri ilə İraq kürd regional rəhbərliyinin Baş naziri Nəçirvan Bərzani arasında İraq neftinin Türkiyəyə nəql olunması ilə bağlı görüşdə müqavilələrin imzalandığına dair iddia gərginliyə səbəb olmuşdu. Bundan sonra İraqın kürd regional rəhbərliyinin başçısı Məsud Bərzani İraqın Baş naziri Nuri Əl-Malikiyə "təzyiq göstərməyə davam etsən, "Kürdistan"ı elan edərəm", - dediyi məlum olub.

Şimali İraqın "Bsanyus" agentliyi isə Ərdoğan ilə Bərzaninin imzaladığı müqaviləyə rəsmi Bağdadın etiraz etdiyini yazıb. Xəbərdə ABŞ-ın Bağdadı dəstəklədiyi üçün Ərdoğanın Malikini yola gətirməsinin vacibliyi qeyd edilib. Lakin problemin həll olunması üçün Enerji və Təbii Sərvətlər naziri Tanər Yıldızla bərabər, Nəçirvan Bərzaninin Ərdoğandan əvvəl Maliki ilə yanvar ayında görüşü gözlənilir.

Tarix
2013.11.30 / 20:40
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur - Deputat

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

Prezident Kestutis Budrisi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla