Yuxarı

Fransada müsəlmanlar təhqir edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransada müsəlmanlar təhqir edildi

Fransanın şərqində, Bezanson şəhəri yaxınlığında yerləşən Pontarler qəsəbəsində müsəlmanlar təhqir olunub.

Axar.az xəbər verir ki, naməlum şəxslər qəsəbədə yerləşən məscidin qarşısına donuz leşi atıb. Fransa müsəlmanlarının hiddətinə səbəb olan bu hadisədən sonra polis istintaqa başlayıb.

Fransa İslam Əleyhdarına Qarşı təşkilatın başçısı Abdulla Zəkri verdiyi açıqlamada hadisəni İraq və Suriyada qarşıdurmaların yaşandığı bir vaxtda müsəlmanları qarşıdurmalara təhrik etmək kimi qiymətləndirdiyini bildirib:

"Biz başqa xalqlarla birlikdə sülh şəraitində yaşamaq istəyirik. Bəzi düşmənlər və irqçilər cəmiyyətlər arasında nifrəti qızışdırmaq istəyir".

Qəsəbənin tabe olduğu Frans-Komtenin qubernatoru Stefan Frataçi verdiyi açıqlamada məscidə təşkil olunan hücumu qınayaraq cinayəti törədənlərin mütləq cəzalandırılacağını deyib.

Xatırladaq ki, bu məscidə bu ilin yanvarında faşist təşkilatına aid olan "SS"lər tərəfindən hücum olmuşdu

Tarix
2014.09.23 / 12:38
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla