Yuxarı

Putinin düşməni: “Onu dayandıracaq lider yoxdur”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin düşməni: “Onu dayandıracaq lider yoxdur”

Vladimir Putinin Ukraynaya təcavüzü Avropanın siyasi xəritəsini yenidən müəyyən etmək üçün ilk addımdır. Əgər Rusiya prezidenti Ukraynada dayandırılmasa, o, çox irəli gedəcək.

Axar.az xəbər verir ki, bunu Litva Prezidenti Dalya Qribauskayte "Vaşinqton Post" qəzetinə verdiyi açıqlamasında deyib.

"Biz Krımda baş verənlərin şahidiyik. əvvəlcə "yaşıl adamlar" idi, sonradan həmin adamlar rus hərbçilərinə çevrildi. Ukraynanın şərqində də eyni vəziyyət yaşanır. Mən əminəm ki, ora Putinin öz gücünü göstərmək üçün işğal etdiyi son ərazi deyil", - Qribauskayte deyib.

Prezident bildirib ki, Ukraynada vəziyyət ciddiləşdikcə rus qoşunları da ölkənin içərilərinə doğru irəliləyir:

"Bu da o deməkdir ki, dünya Rusiyaya öz qonşularını təhdid edən, hətta onlara müharibə elan edən bir ölkə olmağa icazə verib. Bu, İraqda və Suriyada qarşılaşdığımız beynəlxalq terrorçuluqdur. Problem ondadır ki, bu gün Putin Rusiyası müharibə istəyir və ona hazırdır. Qərb isə müharibəyə hazır deyil və döyüşmək istəmir. Avropada Putini dayandıra biləcək lider yoxdur".

Tarix
2014.09.25 / 15:50
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla