Yuxarı

Qafqazlıların Rusiya xəstəxanasında kütləvi davası - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qafqazlıların Rusiya xəstəxanasında kütləvi davası - Video

Stavropolda yerləşən Minvod mərkəzi xəstəxanasında kütləvi dava baş verib.

Axar.az xəbər verir ki, dava xəstəxanın təhlükəsizlik kamerasının yaddaşına həkk olunub. Kamera qeydlərində 40-a yaxın Qafqaz görünüşlü adamın xəstəxananın dəhlizinə girdikləri görünür.

Bir müddət burada dolaşan kütlə daha sonra sürətlə dəhlizin içərilərinə doğru qaçır. Kütlə burada qırmızı gödəkcəli adamla dalaşır. Qısa davam edən dalaşmalardan sonra dava iştirakçıları qırmızı gödəkcəli adamı sürüyərək dəhlizin mərkəzinə gətirirlər. O, yerdə şüursuz uzansasa da, kütlədən bir nəfər ona zərbələr endirməyə davam edir.

Polis hadisəni sentyabrın 20-dən 21-ə keçən gecə "Evqeniya" kafesində baş verən davanın davamı olaraq qiymətləndirib.

Stavropol polisi sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açıb.

Baş verən hadisə ilə bağlı isə xəstəxana rəhbərliyi heç bir şərh verməyib. Bundan əlavə davanın baş verdiyi müddətdə xəstəxananın təhlükəsizlik xidmətinin hadisəyə müdaxilə etməməsi də böyük narazılığa səbəb olub.

Tarix
2014.09.26 / 18:12
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla