Yuxarı

Oliqarxın bankı əlindən alındı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oliqarxın bankı əlindən alındı

Moskva məhkəməsi Rusiya Baş Prokurorluğunun tələbi ilə Vladimir Yevtuşenkoya məxsus "AFK Sistema"nın "Başneft"də olan hissələrini dondurub.

Axar.az xəbər verir ki, Baş Prokurorluq buna səbəb kimi neft şirkətinin özəlləşdirilməsi zamanı qanun pozuntularına yol verildiyini göstərib. Prokurorluğun sözçüsü Marina Qridneva "İnterfaks"a verdiyi açıqlamada qərarın müvəqqəti olduğunu bildirib:

"Məhkəmə prokurorluğun tələbi ilə müvəqqəti olaraq bu addımı atıb. İstintaq davam edir".

Xatırladaq ki, bu ilin aprel ayından başlayan yoxlamalardan sonra "AFK Sistema" qrupunun sahibi Vladimir Yevtuşenko ötən həftə həbs olunub. Noyabrın 16-dək ev dustağı olan Yevtuşenkonun bir sıra qanun pozuntusuna yol verdiyi bildirilir. Prokurorluğun iddiasına görə, "Forbes" jurnalının 9 milyard dollar sərvət ilə Rusiyanın 15-ci varlısı elan etdiyi Yevtuşenko 2003-cü ildə "Başneft" hissələrini özəlləşdirərkən çirkli pulların dövriyyəsindən 500 milyon dollar qeyri-qanuni qazanc əldə edib. Milyarderin günahı sübut olunarsa, onu 10 ilə qədər həbs cəzası gözləyir.

Tarix
2014.09.27 / 00:05
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla