Yuxarı

Rusiya-ABŞ işbirliyi: şimal qütbündə neft yatağı tapıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya-ABŞ işbirliyi: şimal qütbündə neft yatağı tapıldı

Rusiya ABŞ-la birgə şimal qütbündə nəhəng neft yatağı aşkar edib.

Axar.az xəbər verir ki, Rusiyanın neft şirkəti olan "Rosneft"in "Exxon Mobil" ilə birgə çalışmaları nəticəsində tapıntı reallaşıb. Kara (Karskoe) dənizində tapılan yatağın dünyada ən böyük yataqlardan biri olacağı bildirilir.

"Rosneft"in sözçüsü İqor Seçinin mətbuata verdiyi məlumata görə, araşdırmalar iki gün davam edib:

"Biz bilirdik ki, Kara dənizində neft yatağı var. İlkin hesablamalara görə, təxminən bu yataqda 338 milyard kubmetr təbii qaz və 100 milyon ton neft var. Tapılan neftin keyfiyyəti Sibir nefti ilə müqayisə edilir. Bu bizim "Exxon Mobil" və digər partnyorlarımızla birgə əldə etdiyimiz müvəffəqiyyətdir".

Məlumat üçün bildirək ki, Kara dəniz neft ehtiyatlarının Səudiyyə Ərəbistanının bütün neft ehtiyatı səviyyəsində olduğu bildirilir. Lakin bölgədə olan neft ehtiyatının birgə istehsalı ilə bağlı ABŞ neft şirkəti ilə iş birliyində əngəllər var. Belə ki, ABŞ və Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi bu işə mane olur. Rəsmi Vaşınqtonun sanksiyalarına görə, "Exxon Mobil" oktyabrın 10-dək "Rosneft"lə bütün iş birliyini dayandırmalı olacaq.

Tarix
2014.09.29 / 00:25
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla