Yuxarı

Ərdoğan məqalə yazdı: Bu hücumun qarşısı alınmasa…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdlib körpüdən öncəki son çıxışdır.

Axar.az xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Vol Strit Jurnal” qəzetində dərc olunan məqaləsində yer alıb.

“Əsəd rejimi yeddi ildir Türkiyənin cənub sərhədində Suriya vətəndaşlarını sistematik işgəncələr, edamlar, bombalar, kimyəvi silahlarla hədəf alır. BMT İnsan Haqları Şurasının İkinci Dünya müharibəsindən bu yana yaşanan ən böyük fəlakət olaraq təqdim etdiyi Suriya vətəndaş müharibəsi nəticəsində milyonlarla məsum insan qaçqın vəziyyətinə düşüb və ya öz ölkələri daxilində yerlərindən məcburi köçə məruz qalıblar. Suriya xalqının problemlərini azaltmaq üçün fövqəladə səy göstərən Türkiyə bu gün təxminən 3,5 milyon qaçqına ev sahibliyi edir. Eyni zamanda Türkiyə yanımızda fəaliyyət göstərən İŞİD və PKK terror təşkilatının hədəfi olub. Ancaq nə insani yardım səylərimizin yüksək maliyyəsi, nə də təhlükəsizlik qayğılarımız qətiyyətimizi zəiflədib.

Türkiyə bu cür çətinliklərlə qarşılaşdığı bir dönəmdə siyasi həll tapmaq üçün diplomatik səylər də göstərib. Bu çərçivədə Suriya müxalifətini Cenevrədə bazarlıq masasına da gətirdik, Rusiya və İran ilə birgə Astana prosesini başlatdıq. Nəticə olaraq Türkiyə atəşkəs anlaşmalarına imza atdı, deeskalasiya bölgələri qurdu və mülki vətəndaşların rejimin hücumu altındakı bölgələrdən təxliyyəsini həyata keçirdi.

Bu gün yenidən kritik vəziyyət yaranıb. Əsəd rejimi müttəfiqlərinin yardımı ilə 3 milyon nəfərə ev sahibliyi edən və məcburi köçkün olan suriyalılar üçün son etibarlı limanlardan biri olan İdlibə böyük hücuma hazırlaşır. Hökumətimiz bu hücumu əngəlləmək üçün deeskalasiya bölgəsinin qurulmasına yardım etdi və atəşkəs pozuntularını sənədləşdirmək məqsədilə 12 müşahidə məntəqəsi yaratdı.

Əsəd rejimi yaxınlaşan hücumu terrorla mübarizə adı altında legitimləşdirməyə çalışır. Bunu açıq şəkildə ifadə edək: Terrorla mübarizənin önəmini heç bir ölkə Suriya böhranı bölgəyə etibarsızlıq ixrac etməyə başladıqdan bəri ciddi terror hücumlarına hədəf olan Türkiyədən daha yaxşı anlaya bilməz. Ancaq Əsədin həll variantı saxtadır. Terrorla mübarizə adı altında məsum insanlar qurban verilə bilməz. Belə bir addım ancaq yeni terror və radikallıq yuvaları yaratmağa səbəb olacaq. İŞİD-in ortaya çıxması Suriyada baş verənlərin səbəbi yox, nəticəsidir. Beynəlxalq toplum terrorun kök atmasını əngəlləmək üçün bu şiddəti nəzarət altına almaq məcburiyyətindədir.

İdlibdə bənzər problemlərlə qarşı-qarşıyayıq. Aralarında Həyat Təhriri-Şamın da (HTŞ) olduğu terror təşkilatları bu bölgədə fəaliyyətlərini davam etdirir. Ancaq bu ünsürlər İdlibin ümumi nüfuzunun çox kiçik bir hissəsini formalaşdırır. Terrorçuları və radikal ünsürləri yox etmək və xarici döyüşçüləri ədalətə təslim etmək üçün gərəkli olan genişmiqyaslı beynəlxalq terrorla mübarizə əməliyyatıdır. Türkiyənin Suriyanın şimalında terrorçulara qarşı apardığı mübarizədə kilid rolunu oynayan mülayim müxalifətin formalaşdıracağı dəstək və yönləndirmə İdlibdə də çox önəmli olacaq.

İdlibə təşkil edilən hücumu əngəlləmək terrorla mübarizəni zəiflətməyəcək. Türkiyə İŞİD və PKK terror təşkilatlarıyla mübarizədə mülki vətəndaşlara zərər vermədən uğur qazanıb. Terrordan ilhamlanan bölgələrdə stabilliyi təmin etmək üçün çoxlu sayda şəhid vermişik.

İdlib hücumu yaxınlaşdıqca beynəlxalq toplumun bütün üzvləri məsuliyyətlərini anlamalıdırlar. Gərəkli addımlar atmamağın qarşılığı çox ağır olacaq. Suriya xalqını Əsədin insafına buraxmamalıyıq. Rejimin İdlibə hücumunun məqsədi həqiqətən terrorla mübarizə yox, müxalifləri ortadan qaldırmaqdır. Bu rejim hücumu eyni zamanda Türkiyə və Avropa üçün ciddi insani və təhlükəsizlik riskləri yaradacaq.

Bu günə qədər kimyəvi hücumlara diqqətini yönəldən ABŞ bu ölüm iyerarxiyasından imtina etməlidir. Adi silahlar Suriyada daha çox ölümə səbəb olub. Yaşanacaq qətliamın qarşısını almaq yalnız Qərbə aid deyil. Astana prosesindəki ortaqlarımız – Rusiya və İran da insani fəlakəti önləmək məcburiyyətindədirlər.

İdlib körpüdən əvvəlki son çıxışdır. Əgər Avropa və ABŞ daxil olmaqla, beynəlxalq toplum bu gün gərəkli addımlar atmasa, bunun qarşılığını yalnız suriyalılar deyil, bütün dünya ödəyəcək. Türkiyə qonşusunda yaşanan qətliamı ödəmək üçün əlindən gələn hər şeyi edib. Fəaliyyətimizin uğurlu olması üçün digər dünya dövlətləri məqsədləri bir kənara buraxıb, siyasi həllə dəstək verməlidir”, – Ərdoğan qeyd edib.

Tarix
2018.09.11 / 12:10
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla