Yuxarı

BMT baş katibi həyəcan təbili çaldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin baş katibi Antonio Quterreş sentyabrın 12-də San-Fransiskoda keçiriləcək iqlim konfransı ərəfəsində həyəcan təbili çalıb.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, baş katib ABŞ-ın qərbində güclü yanğınları, Qrenlandiyada buz dağlarının əriməsini, fırtınaların sayının artmasını və quraqlığı iqlim dəyişikliklərinin nəticəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, artıq dünyada bioloji ehtiyatlar uğrunda yerli münaqişələr başlanıb.

A.Quterreş deyib:

“İqlim dəyişikliyi zamanın ən vacib məsələsidir, onun yaratdığı problemlərin həlli isə bəşəriyyət tarixində dönüş nöqtəsidir”. Baş katib vurğulayıb ki, söhbət bəşəriyyətin varlığına olan təhlükədən gedir. İqlim şəraitinin pisləşməsi nəticəsində kəskin ərzaq qıtlığı yarana bilər. Flora və faunanın sürətlə tükənməsi isə ekoloji sistemin deqradasiyasına gətirib çıxaracaq. Yaşadıqları ərazidə ərzaq məhsulları tapmayan insanlar isə evlərini tərk etmək məcburiyyətində qalacaq. BMT-nin baş katibi əlavə edib ki, onilliklər boyu alimlərin çaldığı həyəcan təbili nəticəsiz qalıb və hazırda onların ən qorxulu proqnozları görünməkdədir. “Biz həm də ona görə hərəkətə keçməliyik ki, bu, bizim mənəvi borcumuzdur. Ekoloji böhranın yaranmasında ən çox inkişaf etmiş dövlətlər təqsirkardır, əziyyət çəkənlər isə ən yoxsul və zəif ölkələrdir”, - deyə Quterreş vurğulayıb.

Baş katib daha sonra bildirib ki, bu sahədə fəaliyyətsizliyə bəraət qazandıran siyasətçilərin arqumentləri əsassızdır. Belə ki, məhz iqlim dəyişiklikləri böyük iqtisadi itkilərə səbəb olur. Məsələn, son on ildə pis hava şəraiti və atmosfer çirklənməsindən ABŞ-a dəyən zərər 240 milyard dollar təşkil edib. 2030-cu ildə isə bu səbəblərdən dünya iqtisadiyyatı 2 trilyon dollar itirəcək. “Daha təmiz yanacaq, alternativ tikinti materialları, mükəmməl akkumulyatorlar, təkmilləşdirilmiş kənd təsərrüfatı metodları zəhərli qazların atmosferə buraxılmasını azalda bilər. Bütün bunların həyata keçirilməsi üçün dövlətlər və iş adamları elmə və texnologiyaya daha çox vəsait ayırmalıdırlar”, - deyə BMT-nin rəhbəri əlavə edib.

Tarix
2018.09.11 / 21:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla