Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 İyun 2018


Avromeydanda xəsarət alan 35 jurnalist - Siyahı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avromeydanda baş verən hadisələri işıqlandıran zaman 35-dən çox xarici və yerli jurnalist döyülüb və xəsarət alıb.

"Xronika"nın mediatrener və bloggeri Zoya Kazanji xəsarət alan KİV nümayəndələrinin siyahısını hazırlayıb:

1. "İctimai televiziya"nın jurnalistləri Dmitri Qnap və Yakov Lyubiç döyülüblər, kameraları sındırılıb, yaddaş kartları əllərindən alınıb.

2. "5-ci kanal"ın jurnalisti Natalya Jijko və operator Yuri Usik daşqalaq edilib.

3. "Reuters" agentliyinin fotoqrafı Qleb Qaraniçin "Berkut"un hücumu zamanı başı partlayıb.

4. "Ryadom s vami" informasiya agentliyinin jurnalisti Dmitri Prinxo jurnalist vəsiqəsi olmağına baxmayaraq, polislərin hücumuna məruz qalıb, nəticədə başı partlayıb.

5. "Euronews "un operatoru Roman Kupriyanov Bankovoyda çəkiliş aparan zaman "berkutlular" çəkiliş aparmamağı əmr etsələr də, o buna qulaq asmayıb. "Berkutlular" onun əllərinə döyüb. Operator xəstəxanaya yerləşdirilib.

6. Polşalı jurnalist Pavel Penyajek Prezident Administrasiyası ətrafında baş verən hadisələri işıqlandırdığı üçün "berkut"çular" tərəfindən başından ən az 10 zərbə alıb.

7. "LİQABiznesİnform"un fotojurnalisti Aleksandr Perevoznik Bankovoydakı qarşıdurmanı işıqlandırdığı zaman KİV nümayəndəsi olduğunu dediyi halda 8 nəfər "berkut"çu tərəfindən vəhşicəsinə döyülüb.

8. Bankovoyda "Ukraynskaya nedelya"nın jurnalisti Valeriya Burlakovanın ayağı altında səs bombası partlayıb. Jurnalist üçün təcili yardım çağırıblar.

9. "Ukraynsakaya Pravda" və "İctimai televiziya"nın jurnalisti Mustafa Nayem Bankovoyda başından xəsarət alıb və qaz atəşinə tutulub.

10. IB.UA-dan Maks Levin Bankovoyda çəkiliş zamanı hematoma və ağır xəsarətlər alıb.

11. Danimarkalı jurnalist Yoxanes Vamberq Andersen noyabrın 30-u "avromeydanı" dağıdan zaman polis ona videoçəkiliş aparmağa mane olub və başına zərbələr endirib.

12. Jitomirdən "20 minut" qəzetinin baş redaktoru Vlad Puçiç

13. AFP jurnalisti Sergey Supinski Avromeydan hadisələrini işıqlandıran zaman ayağından xəsarət alıb.

14. "İnsayder"in fotomüxbiri Maksim Kudines "berkut"çular tərəfindən xəsarət alıb, fotokamerası məhv edilib.

15. "Associated Press"in jurnalisti Sergey Çuzavkov Kiyevdə mitinq iştirakçıları ilə polis arasında toqquşma zamanı baş travması ilə xəstəxanaya çatdırılıb. Onun üzünə daş dəyib.

16. UBR telekanalının operatoru. ( Adı dəqiqləşdirilir)

17. "Ukraynskaya Pravda"nın jurnalisti Dmitri Larin "Berkut" əməkdaşı tərəfindən xəsarət alıb. Onun jurnalist vəsiqəsi əlindən alınıb, jileti əynindən çıxarılıb.

18. Fotoqraf Anatoli Stepanov jurnalist olduğunu dediyinə baxmayaraq, xüsusi təyinatlılar onun başını partladıb, əlini sındırıb.

19. Fotomüxbir İvan Çerniçkin Bankovoyda səs bombasının təsirindən ayağından xəsarət alıb.

20. Operator Aleksandr Zakleskiy polislər tərəfindən döyülüb.

21. "Müstəqil jurnalist ittifaqı"ndan Anton Çernışov döyülüb, kamerası tamamilə yararsız hala salınıb.

22. "Denqi" verlişinin jurnalisti Denis Danko başından xəsarət alıb.

23. "5-ci kanal"ın operatoru İvan Nakoneçnıy "Berkut"dan yumruq zərbələri alıb. Onu yerdə sürütləyib və hasardan o tərəfə atmaq istəyiblər.

24. "Ukraynskaya nedelya"nın müxbiri Stanislav Kozlyuk xüsusi təyinatlılar tərəfindən döyülüb.

25. "Vidia" diasporasının mediaportalının yaradıcılarından biri və jurnalist Natalya Figel hücuma məruz qalıb.

26. "Demokratik Ukrayna"dan Yaroslav Qalatanın ayağı altında qumbara partlayıb. Sıyrıntılar var.

27. "Jitomir.info" saytının fotoqrafı Mixail Zaqorski Bankovoya hücum zamanı üzündən dəyənək zərbəsi alıb, yanağı partlayıb.

28. "Şərhlər" nəşriyyatın müxbiri Dmitri Kaçura "Berkut" döyüşçüsü tərəfindən belindən daşla zərbə alıb.

29. "Ukraynskiye Novosti"nin jurnalisti Yevgeni Qolovenkonun ayağı altına işıq-səs bombası atılıb. Nəticədə huşunu itirib.

30. "Comments.ua"nın baş redaktor müavini Oleq Havrukun başı partlayıb, əlindən və belindən xəsarət alıb.

31. Avropanın "EPA" press- foto-agentliyinin fotoqrafı Sergey Doljenko da xəsarət alıb.

32. Mosvkanın "Novaya qazeta"sından Yevgeni Feldmana daşla xəsarət yetirilib.

33. "Cenzor.net" saytının baş redaktoru Yuri Butusovun başını partladıblar.

34. "LifeNews"dan Emin Kalantarovun əlini zədələyib, kamerasını sındırıblar.

35. Azad jurnalist Sergey Polejakanı əllərindən vurublar və kamerasının obyektivini zədələyiblər.

Tarix
2013.12.02 / 10:39
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Загрузка...
Digər xəbərlər

Jirinovskidən Putinə: O müqaviləni ləğv et

ABŞ-a 800 milyon ödədik: Trampa inanıram - Ərdoğan

Gürcüstanda köklü dəyişiklik: 3 nazirlik ləğv edilir

Ermənistanda korrupsiya ilə bağlı daha 13 cinayət işi

Almaniyalı deputat Türkiyəyə buraxılmadı - Səbəb

Pxenyan oranı partlatmağa hazırlaşır - Tramp

Koalisiya bu kəndi bombaladı: 8 ölü

Müharibə başlayır: İran Ədənə hərbi gəmilər göndərdi

ABŞ-ın yeni Yaxın Şərq Planı: Türkiyə qarşısını aldı

Ankara selə təslim oldu - Video

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla