Yuxarı

Baş nazir xərclədiyi pulu geri qaytarmağa məcbur oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazir xərclədiyi pulu geri qaytarmağa məcbur oldu

Qrenlandiyada adı vəzifəsindən sui-istifadədə hallanan Baş nazir Aleqa Hammond ictimai danlaqdan sonra dövlət büdcəsindən xərclədiyi iddia edilən pulu geri ödəmək məcburiyyətində qalıb.

Axar.az xəbər verir ki, ölkənin rəsmi radio-televiziya təşkilatı olan KNR-in xəbərinə görə, xanım Baş nazir dövlət büdcəsindən qeyri-qanuni olaraq 106 min kron (təxminən 14 min Avro) xüsusi məqsədlər üçün istifadə edib.

Qrenlandiya Dövlət Nəzarət Təşkilatının hesabatına görə, Hammond sözügedən pulları ailəsiylə birlikdə getdiyi səyahətlərdə xərcləyib.

Lakin Baş nazir Aleqa Hammond iddiaları qəbul etmək fikrində deyil. O, verdiyi açıqlamada pulu geri qaytardığını, hesablarda yaranan bu anlaşılmazlığın səhv nəticəsində meydana gəldiyini bildirib. Baş nazir ailəsi üçün xərclədiyi pulların səhvən rəsmi sənədlərə qatıldığını iddia edib.

Xatırladaq ki, 2 milyon kvadrat kilometr ərazi ilə dünyanın ən böyük ölkələrindən biri olmasına baxmayaraq, soyuq iqlim şəraiti səbəbindən 55 min adamın yaşadığı Qrenlandiya adası Danimarkanın mülkü sayılır.

Tarix
2014.09.30 / 02:50
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla