Yuxarı

“Sərkisyanın atası gəldi”, Ermənistanda həbslər başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Putinin Ermənistana səfərinə bir saat qalmış artıq ölkədə həbslər başlayıb.

"Axar.az" məlumat verir ki, bu gün İrəvan polisi 4 nəfəri saxlayıb.

Aktivistlərin əllərində tutduqları plakata görə həbs edildikləri söylənilib. Belə ki, Putinin səfəri ərəfəsində onların "Sərkisyanın atası gəldi" şüarı olan plakatla şəhərdə gəzdikləri bildirilib. Ermənistan polisi aktivistlərin həbs olmasına əsas səbəb kimi polisin əmrinə tabe olmamağı göstərib.

Bəzi aktivistlərin mülki geyimli polislər tərəfindən saxlanılıdığı da bildirilib. İrəvan küçələrində isə "Gömrük İttifaqına yox" şüarları olan plakatların yerləşdirildiyi söylənilib. Artıq erməni mətbuatı bu plakatları gəzdirən şəxslərin kütləvi həbsinin həyata keçirildiyini təsdiqləyib.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri gözlənilir.

Tarix
2013.12.02 / 11:57
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla