Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Fevral 2019


Köçəryan üçün son şans: Rusiya ilə əlaqə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan özünə Rusiya ilə yaxın əlaqələri olan britaniyalı lobbiçilər tutub.

Axar.az xəbər verir ki, bu barədə erməni jurnalist Qriqor Atanesyan yazıb.

Onun sözlərinə görə, Paşinyanla Makron arasındakı görüş ərəfəsində Avropanın iki nüfuzlu saytında Köçəryanın siyasi təqibə məruz qalması fikrini təlqin edən yazılar dərc olunub. Bunların arxasında isə Köçəryanın özünün pulla tutduğu Maykl Barel dayanıb.

Köçəryan “British lobbyist and former VP of Edelman” və “APCO Worldwide” şirkətlərinin köməyinə müraciət edib. Lobbi fəaliyyətini həyata keçirən bu şirkətlərin eyni zamanda “Qazprom” və rus oliqarx Andrey Melniçenko ilə əlaqələrinin olması maraq doğurub.

“Bu lobbiçilər kifayət qədər baha qiymətə və milyarder müştərilər üçün xidmət göstərirlər. Bu isə özünü ağır göstərən Köçəryanın astronomik məbləğlər xərclədiyini və korrupsiya razılaşmalarına batdığını sübut edir. Köçəryan və komandasının lobbiçilər qarşısında hansı tapşırığı qoyduğunu söyləmək çətindir. Hazırda eks-prezidentin ilkin vəzifəsi yenidən həbsxanaya qayıtmamaqdır. Digər tərəfdən isə Köçəryan yaxşı başa düşür ki, o əks-inqilabın revanşı nəticəsində məhkumluqdan yaxa qurtara bilər. İstənilən halda Paşinyanın Rusiya rəhbərliyinin və şəxsən Putinin məsələyə qarışmasına göstərdiyi reaksiya onu göstərir ki, Paşinyan ölkənin daxili-siyasi gündəmində dayanan məsələyə görə xarici müttəfiqlərinə güzəştə getməyəcək. Bundan əlavə Putinlə görüşdən sonra Paşinyanın daxili-siyasi aksentləri daha da qətiləşdi. Bu isə onun ya Putinlə Köçəryan məsələsində razılaşdığını, ya da Putinin Ermənistanın daxili məsələlərinə qarışmamağa qərar verdiyini göstərir. Köçəryanın lobbiçilər tutmaq addımı keçmiş rejimin acınacaqlı vəziyyətindən xəbər verir. Xalq arasında heç bir dayağı olmayan rejim xilası özgə əllərdə axtarır. Ermənistanda əks-inqilab süquta uğrayıb və yalnız yeni 11-ci ordunun köməyinə ümid edə bilər”, - erməni jurnalist qeyd edib.

Tarix
2018.09.16 / 17:19
Müəllif
Orxan Tağıyev
Şərhlər
Загрузка...
Digər xəbərlər

Rusiya NATO-ya müqavimət göstərə bilməyəcək - Sivkov

“Kalaşnikov” Hindistanda istehsal ediləcək

Rusiya Hindistanla birgə yeni raket buraxır

ABŞ Kosmik Qüvvələri yaradıldı - Trampdan qərar

Öcalanla bağlı PKK-dan şok qərar: "Lideri" silirlər...

Dəhşətli yanğın: bir ailənin 7 uşağı öldü

Tramp Mun Çje ilə Kim Çeni müzakirə etdi

Uşaq sahibi olan keşişlər üçün gizli qaydalar ifşa oldu

Kiyev torpaqları qaytarmaq üçün hər an... - XİN

Maduronun generalından Trampa sarsıdan cavab

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla